Sumqayıtlılara şad xəbər
Bizi izləyin

Ekopublika.az

Sumqayıtlılara şad xəbər

Bakı - Sumqayıt arası dəmir yolunun yenidən qurulması planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə "Azərbaycan Dəmir Yolları” QSC -nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Nəqliyyat Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) bu layihə üzərində işləyir.

“Mütəxəssislər artıq mövcud infrastrukturla tanış olublar. Layihə 50 kilometrə yaxın dəmir yolu örtüyünün yenidən qurulmasını, enerji və siqnal təchizatı sistemlərinin yenilənməsini və modernləşdirilməsini nəzərdə tutur. Habelə, layihə çərçivəsində 10 sərnişin vaqonunun alınması planlaşdırılır”, - Əzməmmədov əlavə edib.

Hazırda sözügedən şəhərlərarası dəmir yolu xəttinin mövcud olduğunu deyən Nadir Əzməmmədov, gündə iki dəfə (saat 04:40 və 18:40-da) Bakıdan ("Böyükşor" stansiyasından) Sumqayıta lektrik qatarı yola düşdüyünü xatırladıb.

N.Əzməmmədov bildirib ki, yeni layihənin reallaşdırılması marşrutu Bakı sərnişin vağzalına qədər çatdırmağa və 800-1000 arası sərnişinin daşınmasına imkan verəcək.

Nadir Əzməmmədov deyib ki, layihənin reallaşdırılmasının müddəti, işlərin həcmi və onun dəyəri haqqında qiymətləndirmə və araşdırma işləri başa çatdıqdan və AİB-in müvafiq qərar qəbul etməsindən sonra danışmaq mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm