SOCAR “Petkim”in səhmlərini tanınmamış şirkətə satır
Bizi izləyin

Ekopublika.az

SOCAR “Petkim”in səhmlərini tanınmamış şirkətə satır

Xəbər verdiyimiz kimi, SOCAR “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4%-ni satışa çıxarıb.

Əməliyyat Türkiyədə xarici hissə vasitəçiliyi sahəsində böyük nüfuz qazanmış “Ünlü&Co” şirkəti tərəfindən İstanbul Birjasının Topdansatış Bazarında icra olunacaq. Satışa 34 mln səhm çıxarılacaq ki, bunların da hər birinin nominal qiyməti 4 lirədir (136 mln TL və ya təqribən $56,6 mln).

Publika.az xəbər verir ki, səhmlərin “BCM Qlobal Fund Ltd”-yə satılacağı irəli sürülür. Diqqəti çəkən isə mənbələrdə “BCM Qlobal Fund Ltd” adlı şirkət haqqında hər hansı məlumatın olmamasıdır. İstanbul birjasında da bu şirkət haqqında heç bir məlumat yoxdur.

Başqa bir məqam, SOCAR-ın 2008-ci ildə “Petkim”in səhmlərini alanda onların hər birini 1,2 tl-yə əldə etməsidir. Belə ki, göstərilən dövrdə şirkət “Petkim” sənaye kompleksinin səhmlərinin 61 faizini 2 milyard 40 milyon dollara almışdı.

Hazırda SOCAR-ın holdinqdə payı 61,32%-di. Satışdan sonra isə payın 57,92%-dək azalacağı gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm