Ərzaq məhsulları bahalaşıb
Bizi izləyin

Ekopublika.az

Ərzaq məhsulları bahalaşıb

2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşıb.

Publika.az xəbər verir ki, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməyib. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz bahalaşıb.

Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Xatırladaq ki, dekabr ayında ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşmışdı.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm