Azərbaycanda emal sənayesi üzrə istehsalçı qiymətləri 6,2 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda emal sənayesi üzrə istehsalçı qiymətləri 6,2 faiz artıb

2014-cü ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz aşağı düşüb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 6,2 faiz artıb.

2014-cü ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz aşağı düşüb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 6,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 4,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 2,6 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 1,3 faiz bahalaşıb.

Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 0,8 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 11,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 9,1 faiz, avtomobil və qoşquların istehsalı üzrə 7,4 faiz, geyim istehsalı üzrə 0,9 faiz, mebel istehsalı üzrə 0,8 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, neft məhsullarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm