Qaz emalı zavodu təmir olunur
Bizi izləyin

Ekopublika.az

Qaz emalı zavodu təmir olunur

ARDNŞ-nin struktur vahidlərindən olan Qaz Emalı Zavodunda istehsalın səmərəliliyinin artırılması məqsədi ilə davamlı tədbirlər həyata keçirilir, yenidənqurma və təmir-bərpa işləri görülür.

Publika.az ARDNŞ-nin saytına istinadən məlumat verir ki, Şirkətin Neft və Qazçıxarma idarələrində hasil olunan təbii qazın, qaz-kondensatın, eləcə də yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil edən zavodun texnoloji sahələrində uzun müddət istismarda olan və təmirə yaramayan nasoslar yeni müasir yan kipləşdirici ilə təchiz olunmuş nasoslarla əvəz edilib.

Bundan başqa, texnoloji sahələrdə kipgəclə işləyən nasosların təmiri zamanı kipləşdirici qovşağı ikiqat mexaniki yan kipləşdirici ilə əvəzlənib. Nəticədə nasosların istismarı zamanı neft və qaz məhsullarının itkisinin qarşısı alınıb.

Hazırda zavodun texnoloji sahələrində istismar olunan nasoslar neft və qaz məhsullarının -5 dərəcə selsi ilə +300 dərəcə selsi temperaturlarda, eyni zamanda, 0,5-6,0 MPa təzyiqlərdə boru kəmərləri vasitəsilə nəqlini həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm