Avropa Azərbaycandan qaz həcmini ikiqat artırmaq istəyir
Bizi izləyin

Ekopublika.az

Avropa Azərbaycandan qaz həcmini ikiqat artırmaq istəyir

"Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının ilk iclası zamanı Azərbaycan qazının Avropaya tədarük həcminin artırılması məsələsi müzakirə olunub. Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç deyib.

Onun sözlərinə görə, layihə texniki cəhətdən 10 milyard kubmetr qaz tədarük etmək iqtidarındadır, lakin bu göstəricini 20 milyard kubmetrədək artırmaq olar: "Şahdəniz" yatağının geniş imkanları var".

M.Şevçoviç qeyd edib ki, Türkmənistan da Avropa İttifaqına qaz tədarük etmək istəyir: "Lakin Türkmənistandan Azərbaycana qaz nəqli məsələsini həll etmək lazımdır. Bu, həll edilməli olan texniki və hüquqi məsələləri nəzərdə tutur".

Ukraynadakı böhran Avropaya neft və qaz tədarükünə mənfi təsir edir və bununla əlaqədar olaraq Avropa İttifaqının enerji resurslarının tədarükü marşrutlarının şaxələndirilməsinə ehtiyacı var.

Onun sözlərinə görə, hazırda "Cənub Qaz Dəhlizi" Avropa üçün prioritet təşkil edir: "Bu layihəyə cəlb edilən hər bir ölkə Dəhlizin təhlükəsizliyini təmin etməlidir".

M.Şevçoviç qeyd edib ki, bu gün "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasının iştirakçıları layihənin həyata keçirilməsində yarana biləcək problemləri, layihənin gələcəkdə irəliləyişi məsələlərini müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm