ABŞ Cənub Qaz Dəhlizi layihəsini yüksək qiymətləndirir
Bizi izləyin

Ekopublika.az

ABŞ Cənub Qaz Dəhlizi layihəsini yüksək qiymətləndirir

Cənub Qaz Dəhlizi Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn layihədir və ABŞ bunu yüksək qiymətləndirir.


AzərTAc xəbər verir ki, bu sözləri Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycana bir neçə ay bundan öncə də səfər etdiyini xatırladan A.Hoxstayn deyib: “Buraya gəlməkdə məqsədimiz dəhlizin reallaşdırılmasında hansı irəliləyişlərə nail ola biləcəyimizi, hansı tədbirləri həyata keçirə biləcəyimizi müzakirə etmək idi. Bu dəhliz Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır. Dünyada baş verən son hadisələr də onu göstərir ki, Avropanın enerji təhlükəsizliyinin saxlanması, qorunması və gücləndirilməsi çox əhəmiyyətli mövzuya çevrilib. Buna görə də biz buradayıq və bu kimi görüşə qatılmışıq. Düşünürəm ki, bu, bir daha ABŞ-la Azərbaycan arasında olan güclü əlaqələrin əyani təzahürüdür. ABŞ-la Azərbaycan müxtəlif səpkidə əməkdaşlıq edirlər, enerji sahəsində əməkdaşlıq isə onlardan biridir”.

A.Hoxstayn vurğulayıb ki, enerji təhlükəsizliyi Avropa ölkələri üçün bilavasitə onların iqtisadi və milli təhlükəsizliyi deməkdir. “Vaxtaşırı belə hallarla rastlaşırıq ki, müəyyən Avropa ölkələri enerji təchizatı baxımından tamamilə bir təchizatçıya arxalanır. Bakıya səfərim zamanı keçirdiyimiz görüşlərdə də nəinki enerji təchizatının, onun çatdırılma yollarının şaxələndirilməsinin vacibliyini də vurğuladıq. Yeni boru xətlərinin inşası, yeni dəhlizlərin açılması ilə digər məqamlar da gündəmə gəlir. Bunlardan biri də Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasıdır. Bunun üçün isə yolların şaxələndirməsi vacibdir”, deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Yunanıstanda qurulan yeni hökumətin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına tam dəstəyini ifadə etdiyini diqqətə çatdıran amerikalı diplomat qeyd edib ki, bu ölkənin energetika naziri də Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsində böyük rol oynayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm