Bələdiyyələrin fəaliyyətinə necə nəzarət olunur?
Bizi izləyin

Ekopublika.az

Bələdiyyələrin fəaliyyətinə necə nəzarət olunur?

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatı çox dəqiqdir”.

Publika.az-ın məlumatına görə, bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibətini açıqlayarkən bildirib.

Deputat Ə.Məsimli deyib ki, hər şey perspektivlərdə göstərilib: “Bu baxımdan mən hesabatı müsbət qiymətləndirirəm. Eyni zamanda nəzərə almaq lazımdır ki, sonuncu bələdiyyə seçkiləri ilə bələdiyyələrin yeni mərhələsi başlayıb. Fikrimcə, bələdiyyələrin imkanlarını genişləndirmək üçün xeyli şanslar var. Odur ki, mən bələdiyyələrin qarşısında duran vəzifəni üç hissəyə bölərdim: Qanun pozuntularının aradan qaldırılması, Bələdiyyələrin hüquqları və Bələdiyyələrin səmərəliyini artıqmaq üçün zəriri olan işlər”.

Ə.Məsimli hesab edir ki, 2015-2020-ci il üçün bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün proqram qəbul edilə bilər: “Bələdiyyələr əlavə maliyyə resursu əldə etməli, beynəlxalq əlaqələrini genişləndirə, maraqlı layihələr təqdim etməklə investisiya cəlb oluna bilər. Qanuna əsasən Mənzil İstismar Birlikləri havadadır. Məncə, bu strukturda bələdiyyələrə verilə bilər. Bu da, bələdiyyələrlə yerli əhali arasında təması bir qədər də artırardı”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm