Marketlərdə son durum – qiymət artımı yoxdur
Bizi izləyin

Ekopublika.az

Marketlərdə son durum – qiymət artımı yoxdur

Dolların və avronun məzənnəsinin qalxması ölkədə qiymətlərin bahalaşacağına dair ajiotaj yaradıb. Hətta sosial şəbəkələrdə iri marketlərin vitrinlərinin boşaldıldığı, bu gündən bütün mallar üzrə yeni tariflərin müəyyən ediləcəyi bildirilir.

Şayiələrə aydınlıq gətirmək məqsədilə Publika.az iri marketlərdə müşahidələr aparıb.

Məlum oldu ki, əsas qida məhsullarının qiymətində bahalaşma baş verməyib. Eləcə də marketlər adi iş rejimində işləyir. Yəni vitirinlər doludur, boş deyil.

İlk “Favorit” marketdə olduq. Müşahidələrimiz əsasında öyrəndik ki, südün, qəndin, çayın, makaronun, vermişelin, unun, o cümlədən ağartı, ət məhsullarının, yağın, şirniyyatın qiymətləri dəyişməyib. Hətta idxal məhsulları belə əvvəlki qiymətdə qalıb.

Düzdür, hazırda marketlərimizdə istehlak məhsullarının 70 faizi yerli istehsal təşkil edir. Bununla belə, xaricdən gətirilən xamaların, şirniyyat və ət məhsullarının, içməli suların qiymətləri Mərkəzi Bankın məlum qərarına qədər necə idisə, elə də qalıb.

Şəkər tozu - 0,79 manat

Makaron "karmen" - 0, 67 manat

“Ankor” yağı - 7.15 manat

“Westgold”- 100 qr 2 manat

Qənd - 1.3 manat

Bitki yağı - 2,22 manat

Marqarin -2,48 manat

Süd - 0,76 manat

Qatıq - 1,53 manat

Brınza pendiri - 4,98 manat

Yumurta (10 ədəd) - 1,23 manat

Çay - 4,66 manat

Duz- 0,53 manat

Buğda unu- 0,78 manat

Düyü -1,76 manat

Manna yarması -1,72 manat

Qarabaşaq yarması- 1,71 manat

Kartof - 0,84 manat

Kələm - 0,64 manat

Baş soğan - 0,50 manat

Sarımsaq 2,45 manat

Çuğundur - 0,89 manat

Yerkökü - 1 manat

Xiyar - 1,60 manat

Pomidor - 2,04 manat

Göyərti (1 dəstə) - 0,18 manat

Alma - 0,90 manat

Armud - 1,87 manat

Heyva - 2,5 manat

Nar - 3 manat

Banan - 2,44 manat

Toyuq əti -

3,16 manat

“Rahat” manketdə də eyni situasiya ilə qarşılaşdıq.

Şəkər tozu - 0,79 manat

Makaron "karmen"- 0, 67 manat

“Ankor” yağı- 7.15 manat

“Westgold” 100 qr - 2 manat

Qənd- 1.3 manat

Bitki yağı- 2,22 manat

Marqarin- 2,48 manat

Süd - 0,76 manat

Qatıq - 1,53 manat

Satıcılarla söhbət zamanı öyrəndik ki, şənbə, bazar günü vitirində məhsulların azalması alverin gur olması ilə bağlı olub: “Bu gün artıq şirkətlərdən böyük partiya məhsul almışıq. Səhərdən vitirinlərə düzülüb”. O da məlum oldu ki, ərzağın qiymətində heç bir bahalaşma baş verməyib.

Müstəqil ekspertlər də deyir ki, ölkədə ərzağın qiymətinin bahalaşması gözlənilmir. Çünki Azərbaycan özünü ərzaqla təmin edə bilir:

“Mal əti üzrə təminat 87 faiz, qoyun əti 97 faiz, quş əti 98 faiz,
yumurta 100 faiz, süd və süd məhsulları 76 faiz, taxıl 60 faiz, üzüm 98 faiz, kartof 90 faiz,
bostan məhsulları 100 faiz, meyvə və giləmeyvə 120 faiz, tərəvəz 103 faiz,
duz 87 faizdir, Şəkər və şəkərdən hazırlanan məhsulları 170 faiz təşkil edir.

Ancaq burada nəzərə alınmalıdır ki, şəkər tozunun istehsalının maya dəyərində 64 faiz xam şəkər idxal olunur, 36 faiz dəyər Azərbaycanda formalaşır. Digər məhsullara gəlincə, bitki yağları və marqarin 77 faiz, kərə yağı 52 faiz, makaron məmulatları 58 faizdir. Bütün bunları nəzərə aldıqda idxal məhsulları baha başa gələrsə belə, bazarda yerli məhsullara uduzacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm