Ekopublika.az
Əmanətlərin faiz dərəcələri artırıldı
2015-ci il fevral ayının 24-dən etibarən qorunan
əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9%-dən 12%-ə
qaldırılıb.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə
çatdırır ki, 2015-ci il fevral ayının 24-dən etibarən banklarda
yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi
9%-dən 12%-ə qaldırılıb. Bu barədə Trend-ə Fonddan
bildirilib.
Fondun Himayəçilik Şurası 23 fevral 2015-ci il tarixində
keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz
dərəcəsinin yuxarı həddinin 9 faizdən 12 faizə qaldırılması barədə
qərar qəbul edib.
Bu dəyişiklik 24 fevral 2014-cü il tarixindən qüvvəyə minir və
bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz
dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab
ediləcək.
Xatırlatmaq istərdik ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir.Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO