Ekopublika.az
Martın 17-də Qarsda TANAP-ın təməli atılacaq
“Hər hansı fövqəl hadisə baş verməsə, martın 17-də Qarsda TANAP-ın təməli atılacaq. Mərasimdə ölkə başçıları da iştirak edəcək”.
Publika.az hurriyet.com-a istinadən bildirir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.
O deyib ki, TANAP layihəsi üzrə 1,5 milyard dollar dəyərində 1,3 milyon ton polad boru istifadə ediləcək: "Bunun yalnız 200 min tonu ölkədə, 1,1 milyon tonu da xaricdə emal ediləcək. Bu, əhəmiyyətli mövzudur”.
Qeyd edək ki, TANAP təbii qazı Türkiyənin Şərqindən Qərbinə daşıyacaq. Layihə Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır.
Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.
İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düyüm və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.
İqtisadiyyat şöbəsi
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB