Ekopublika.az
İpotekanın tətbiqi ilə bağlı yeni XƏBƏR
Azərbaycanda ailələrin mənzilə olan ehtiyacının ödənilməsi üçün ipotekaya ayrılan ümumi vəsaitin həcminin artırılması, ipotekanın regionlarda geniş tətbiqi nəzərdə tutulur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini Sədaqət Qəhrəmanova Trend-ə bildirib ki, komitə tərəfindən
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun
olaraq “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsi hazırlanıb.
Sənəd layihəsində ailələrin sosial rifahının yaxşılaşdırılması ilə
əlaqədar məsələlər öz əksini tapıb: “Eyni zamanda, ipotekaya
ayrılan ümumi vəsaitin artırılması, ipotekanın regionlarda geniş
tətbiqi nəzərdə tutulur. Bu da insanların mənzilə olan ehtiyacını
bir qədər ödəyəcək”.
S.Qəhrəmanova bildirib ki, ölkənin sosial-iqtisadi imkanları
artdıqca, hökumət əkiz və üçəm uşaqları olan ailələrin rifahının
daha da yaxşılaşdırılması məsələsini daim diqqət mərkəzində
saxlayır.
Komitə rəsmisi onu da əlavə edib ki, Azərbaycan Prezidentinin
2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən beynəlxalq
təşkilatlar və ekspertlər cəlb olunaraq Milli Uşaq Strategiyasının
layihəsi hazırlanıb.
Strategiya BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında təsbit
olunan “uşaqların ən yaxşı maraqları” prinsipinə əsaslanaraq uşaq
hüquqlarının təmin edilməsi sahəsində mövcud mexanizmlərin
təhlilini və qarşıda duran aktual məsələlərin həllinə yönəlmiş
genişmiqyaslı tədbirləri əhatə edir. Strategiyada uşaqların
sağlamlığının qorunması, uşaq ölümlərinin sayının azaldılması,
xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kompleks işlərin
görülməsi, uşaqların müəssisələrdən ailələrə verilməsi və
alternativ qayğı məsələləri, uşaqlara dair məlumatların toplanması
və təhlilinin təkmilləşdirilməsi və digər məsələlər yer alır.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü