"Nation Master”: “Azərbaycanlıların aylıq qazancı 524 dollardır”
Bizi izləyin

Ekopublika.az

"Nation Master”: “Azərbaycanlıların aylıq qazancı 524 dollardır”

Azərbaycan 2014-cü ildə adambaşına düşən xalis aylıq gəlirləri ən yüksək səviyyədə olan ölkələrin reytinq siyahısında 104 - cü yerdə qərarlaşıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə statistik informasiyalar toplayan "Nation Master" nəşri məlumat verib.

Toplanan məlumatlara görə, azərbaycanlılar vergiləri çıxmaq şərti ilə ayda orta hesabla 524 dollar qazanırlar.

2014-cü ildə xalis aylıq gəlirləri ən yüksək səviyyədə olan ölkə İsveçrə sayılıb. Bu ölkənin sakinləri ayda 6,3 min dollar vəsait əldə edirlər. Onların ardınca Lüksemburq sakinləri (4,4 min dollar) qərarlaşıb.

Kuba xalis qazanclara görə antirekord vurub. Kubalıların vergilər çıxıldıqdan sonra aylıq gəlirləri 25 dollar təşkil edir.

MDB ölkələri arasında göstəricilər belədir: Rusiya - 86-cı yer (686 dollar), Qazaxıstan - 94-cü yer (614), Belarus - 109-cu yer (502), Özbəkistan - 130-cu yer (360), Ukrayna - 132-ci yer (358) və Qırğızıstan - 136-cı yer (350).

Bununla yanaşı xəbər verilir ki, məlumatlar "Numbeo.com"un vətəndaşlar arasında apardığı sorğunun köməkliyi ilə əldə olunub. Təkcə 85 dövlət üçün statistika 100-dən artıq respondentin cavabları əsasında tərtib olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm