14 il ərzində Neft Fonduna 111 milyard 537 milyon dollar daxil olub – HESABAT
Bizi izləyin

Ekopublika.az

14 il ərzində Neft Fonduna 111 milyard 537 milyon dollar daxil olub – HESABAT

2001- ci ildən 1 mart 2015-ci il tarixinə qədər Dövlət Neft Fonduna (ARDNF) “Azəri – Çıraq - Günəşli” (AÇG) neft yataqlarının işlənməsindən 111 milyard 537 milyon dollar vəsait daxil olub.

Publika.az xəbər verir ki, 2015 - ci ilin yanvar - fevralında AÇG layihəsi çərçivəsində 2 milyard 224 milyon dollar, o cümlədən, fevralda 1 milyard 386 milyon dollar vəsait daxil olub. AÇG blokunun işlənməsi müqaviləsi 1994 - cü ildə imzalanıb. Blokunun sübut olunmuş neft ehtiyatları bir milyard tona yaxındır.

Müqavildə iştirak payı aşağıdakı kimi bölüşdürülüb: BP (operator) – 35.78 faiz, “Chevron” – 11,27 faiz, “Inpex” – 10,96 faiz, SOCAR – 11,65 faiz, “Statoil” – 8,56 faiz, “ExxonMobil” – 8 faiz, TPAO – 6,75 faiz, “Itocu” – 4,3 faiz, ONGC – 2,72 faiz.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm