Rusiya Mərkəzi Bankı dollar krediti olanlara 4 milyon rubl ayırdı
Bizi izləyin

Ekopublika.az

Rusiya Mərkəzi Bankı dollar krediti olanlara 4 milyon rubl ayırdı

Rusiyada iqtisadi böhran xalqı pərişan edib. Maliyyə sanksiyaları, xam neftin davamlı dəyərdən düşməsi, rublun ucuzlaşması ölkədə vəziyyəti hər keçən gün ağırlaşdırır.

Publika.az xəbər verir ki, həftənin əvvəlində 1 dollar 59 rubl təşkil edib. Dolların rubl qarşısında bahalaşması ipoteka alanların vəziyyətini daha da pisləşdirib. Ruslar krediti ödəyə bilmirlər. Belə ailələr dövlətdən də ümidlərini kəsiblər. Və çarəni kilsələrdə dua edərək axtarmağa başlayıblar: "Kredimizi əvvəlki məzənnə ilə ödəmək istəyirik. Hazırkı şəraitdə krediti ödəməyimiz qeyri - mümkündür”-deyə müştərilər şikayətlənib.

Rusiya Mərkəzi Bankı isə əmlak kreditindən zərər çəkənlərə 4,5 milyon rubl yardım ayrılacağını açıqlayıb. Lakin göstərilən vəsaitdən yalnız 2 min nəfər faydalana bilər. Bu da xarici valyuta qurbanlarının onda birinə bərabərdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm