Növbəti Astana iqtisadi forumu mayın 21-22-də keçiriləcək
Bizi izləyin

Ekopublika.az

Növbəti Astana iqtisadi forumu mayın 21-22-də keçiriləcək

Mayın 21-22-də VIII Astana iqtisadi forumu (AİF) keçiriləcək.

Forumda aktual iqtisadi problemlərin və imkanların, iqtisadi inkişafın möhkəmləndirilməsinə yardım tədbirlərinin müzakirəsi, dünya iqtisadiyyatının tərəqqisinə dair mühüm suallara aydınlıq gətirilməsi planlaşdırılır.

Əsas mövzusu “İnfrastruktur: iqtisadiyyatın sabit inkişafının drayveri” olan tədbirdə müasir şəraitdə sabit inkişafın mühüm amili kimi infrastrukturun modernləşdirilməsi və inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Forumun əsas tədbirləri plenar iclas, investisiya forumu, Asiya və Avropa liderlərinin forumu, Avrasiya iqtisadi konqresi, Böyük İpək yolunun dirçəldilməsi mövzusunda iclas və urbanizm forumudur.

Bu tədbirlərin təşkilində BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avrasiya İqtisadi Komissiyası və s. beynəlxalq təşkilatların tərəfdaş qismində iştirakı planlaşdırılır.

AİF hər il dünyanın 80-dən çox ölkəsindən mindən çox nümayəndəni, o cümlədən dövlətlərin birinci şəxslərini, aparıcı siyasətçiləri, Nobel mükafatı laureatlarını, tanınmış alimləri, jurnalistləri, biznes, elita nümayəndələrini bir araya toplayır.

Builki Forumun işində də dünyanın 80-dən çox ölkəsinin siyasi, iqtisadi və biznes dairələrinin təqribən 3 min nümayəndəsinin iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm