Azərbaycan 3 ayda 6 milyon tondan çox neft satıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycan 3 ayda 6 milyon tondan çox neft satıb

Mart ayında 119 min 382 ton dizel yanacağı və 31 min 341 ton təyyarə yanacağı ixrac edilib.

Publika.az SOCAR-a i istinadən bildirir ki, ümumilikdə, 2015-ci ilin yanvar-mart ayları ərzində 284 min 609 ton dizel yanacağı, 63 min 811 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib. 2015-ci ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 592,36 dollar, təyyarə yanacağının - 539,78 dollar, dizel yanacağının - 509,47 dollar, 1% kükürdlü mazutun qiyməti 306,38 dollar təşkil edib.

Dövlət Neft Şirkəti 2015-ci ilin mart ayında Novorossiysk limanından 169 min 470 ton, Supsa limanından 254 min 3 ton, Ceyhan limanından 1 milyon 226 min 280 ton xam neft ixrac edib.

Ümümilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 423 min 785 ton, Supsa limanından 762 min 290 ton, Ceyhan limanından isə 4 milyon 554 min 399 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm