Son iki ayda bankdan heç kimə sosial ipoteka verilməyib
Bizi izləyin

Ekopublika.az

Son iki ayda bankdan heç kimə sosial ipoteka verilməyib

Bu ilin əvvəlindən dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsinə vəsait sərf olunmayıb. Ümumilikdə isə indiyə qədər bu istiqamətdə dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsinə cəmi 216 milyon manat ayrılıb.

Publika.az bildirir ki, bu barədə İpoteka Fondundan məlumat verilib. Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 126,4 milyon manat təşkil edib.

Bu ilin birinci ayında həmin rəqəm 5 milyon manat olub. Eyni zamanda yanvarda 3 milyon manatlıq ipoteka istiqrazı yerləşdirilib. Müvəkkil banklar tərəfindən verilən kreditlərin həcmi 40174 milyon manata çatıb.

2014-cü ildə isə banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 97,1 milyon manat təşkil edib. Cari ilin ilk ayında bu rəqəm 4,2 milyon manat olub.

Xatırladaq ki, ötən il mənzil maliyyələşdirilməsinin ümumi həcmi 633,28 milyon manat olub. İpoteka krediti almış borcalanların ümumi sayı 15 842 nəfərdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm