Təqaüdçülərin 60,6 faizi yaşa görə pensiyaya çıxanlardır
Bizi izləyin

Ekopublika.az

Təqaüdçülərin 60,6 faizi yaşa görə pensiyaya çıxanlardır

Azərbaycanda təqaüdçülərin 60,6 faizi yaşa görə pensiyaya çıxanlardır.

Publika.az-ın məlumatına görə, bu haqda jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev məlumat verib.

O deyib ki, 1 mln. 293 min nəfər pensiya alandan 783 518 nəfər bu kateqoriyaya aiddir. Qalan 28,5% və ya 369 min 170 nəfər əlilliyə, 10,9% və ya 140 min 515 nəfər ailə başçısını itirdiyinə görə pensiya alır.

Şöbə müdirinin sözlərinə görə, 2016-cı il yanvarın 1-nə qədər orta aylıq pensiyanın həcmi 29,8 manat təşkil edib. Bu il yanvarın 1-i üçün bu göstərici 175,1 manat olub, o cümlədən yaşa görə orta pensiyanın həcmi hazırda 194,6 manat təşkil edir.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, fevralın 1-də ölkə əhalisinin sayı 9 mln. 602 min nəfər, pensiyaçıların xüsusi çəkisi 13,4% təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm