Nazir: “Büdcədən daha səmərəli istifadə etmək istəyirik”
Bizi izləyin

Ekopublika.az

Nazir: “Büdcədən daha səmərəli istifadə etmək istəyirik”

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin yeni sədri 2015-ci ilin iyulunda səhmdarların ümumi yığıncağında seçiləcək.

Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. O qeyd edib ki, bankın İdarə heyətinin üzvlərinin səlahiyyət müddəti bu ilin iyulunda başa çatır. Məhz həmin vaxt səhmdarların ümumi yığıncağı keçiriləcək.

O 2015-ci ildə dövlət büdcəsində neftin baza qiymətinə də toxunub. Qeyd edib ki, bununla bağlı dürüstləşməyə ehtiyac yoxdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dürüstləşmənin həyata keçirilməsinin meyarları təsbit edilib: “Məcburi dürüstləşməyə hökumət yalnız o zaman gedir ki, gəlirləri ilə xərcləri arasındakı fərq nəzərdə tutulmuş gəlirlərin 30%-ni təşkil edir. Belə bir vəziyyət yoxdur. Ona görə də, biz burada hər hansı bir ehtiyac görmürük”.

Nazir bildirib ki, 2015-ci il dövlət büdcəsi proqnozlaşdırılarkən neftin qiyməti 90 dollardan götürülmüşdü: “ Neftin qiyməti aşağı düşdükdən sonra bu rəqəm bir qədər yüksəkdir.Hnası ki bu, dövlət büdcəsinin gəlirlər hissəsinə təsir edir. Neftin qiymətinin azalması ölkənin tədiyə balansına mənfi təsir edir. Ölkə hökuməti bu istiqamətdə müəyyən addımlar atır. Büdcədən daha səmərəli istifadə etmək istəyirik. İnvestisiya layihələrinin reallaşdırılmasını ləngitməyi planlaşdırırıq. Həmin layihələrdən bəzilərini gələn ilə keçirməyi nəzərdə tuturuq".

Məlum olub ki, ilin sonunadək büdcə proqnozlarının yenidən baxılmaya bilər. Lakin bu büdcənin icrasında dəyişikliklər olmayacağı anlamına gəlmir. Yəni gəlirlər və xərclər azalacaq: “Ola bilsin ki, gəlirlərimiz gözlədiyimiz səviyyədə olmasın. Bu, xərclərdə də gözlənilir. Lakin bu o anlama gəlmir ki, büdcəyə dəyişikliklər edəcəyik".

S.Şərifov həmçinin qeyd edib ki, 2016-cı il dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar səviyyəsində götürüləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm