Azərbaycanlı milyarder: “2017-ci ildə neftin bareli 70 dollar olacaq”
Bizi izləyin

Ekopublika.az

Azərbaycanlı milyarder: “2017-ci ildə neftin bareli 70 dollar olacaq”

“Rusiya gələcəkdə neft tədarükünü bir qədər azalda bilər. Gələcəkdə qlobal neft və qaz sənayesində böyük müqavilələr gözlənilir”.

Bunu “LukOil”un prezidenti Vahid Ələkbərov Texasda keçirilən beynəlxalq neft konfransında bildirib. O qeyd edib ki, neft mədənlərinin aktivliyi qiymət bazarını sıxır.

Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, 2015-ci ildə neftin orta qiyməti 60 dollar təşkil edəcək. 2017-ci ildə 70 dollara yüksələcək.

Onu da qeyd edək ki, ilin əvvəlindən neftin qiyməti 15 faiz bahalaşıb. Analitiklər növbəti azalmanı isitisna etmirlər. Çünki təklif tələbi hələ də üstələyir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm