Bakı-Rostov dəmiryol reysi bərpa olunur
Bizi izləyin

Ekopublika.az

Bakı-Rostov dəmiryol reysi bərpa olunur

"Azərbaycan Dəmir Yolları" QSC Bakı - Rostov-na-Donu birbaşa dəmiryolunun bərpa edilməsi imkanlarını nəzərdən keçirir. Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq istiqamətlər üzrə Bakıdan Moskva və Xarkova birbaşa reyslər fəaliyyət göstərir: "Rostov-na-Donuya reyslər müvəqqəti dayandırılmışdı, lakin hazırda bu marşrut üzrə nəqliyyatın bərpa edilməsi imkanını nəzərdən keçiririk".

Qeyd edək ki, QSC daha əvvəl bəyan etmişdi ki, "Rusiya Dəmir Yolları" ASC iqtsadi cəhətdən səmərəli olmadığı üçün 2014-cü ilin dekabrından Azərbaycana dəmiryol reyslərinin reallaşdırılmasını dayandırıb. Dekabrın 16-dan Rostov-Bakı, dekabrın 18-dən Tümen-Bakı, dekabrın 20-dən isə Moskva-Bakı dəmiryol sərnişin reysinin reallaşdırılması dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm