Qiymətli Kağızlar bazarında törəmə alətlərin ticarətində artım 4 milyard manatı üstələyib
Bizi izləyin

Ekopublika.az

Qiymətli Kağızlar bazarında törəmə alətlərin ticarətində artım 4 milyard manatı üstələyib

“Ölkənin maliyyə sektorunda baş verən devalvasiya siyasəti kapital bazarlarındakı aktivliyə təsirsiz ötüşməyib. Bazardakı əməliyyatların sayında 22%-lik artım müşahidə olunub”.

Bunu Publika.az-a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib. O qeyd edib ki, bazardakı törəmə alətlərin ticarətində artım 4 milyard manatı üstələyib. Cari ilin birinci rübündə bazardakı ticarət 80%-ə çatıb. Növbəti rübdə də bu proseslərin davam edəcəyinə ümid bəslədiyini deyən komitə sədri kapital bazarlarının dayanıqlılığının qorunması üçün lazım olan əlavə tədbirlərin mütəmadi diqqət mərkəzində saxlandığını bildirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm