Torpağın qiyməti qalxıb
Bizi izləyin

Ekopublika.az

Torpağın qiyməti qalxıb

Mart ayında torpaq bazarında təklif portfeli artaraq 437 ədəd təşkil edib. Buna da səbəb torpaq bazarında aktivliyin artması olub.

Bunu Publika.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib. O deyib ki, torpağın qiyməti manatla ifadədə nisbətən bahalaşıb: “"MBA Consulting Group" şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -13.0% azalıb. Ötən ay bazara çıxarılan 1 sot torpağın orta qiyməti manatla ifadədə 5.91% artaraq 15.708 manat/sot səviyyəsindən 16.636 manat/sot səviyyəsində qərarlaşıb. Baş verən devolvasiya nəticəsində dollar ilə ifadədə isə orta qiymət 1 sota görə -20.88% azalaraq 15.844 dollar/sot təşkil edib”.

Ekspertin sözlərinə görə, Bakı şəhəri rayonları üzrə qiymət artması ən çox Sabunçu, Suraxanı və Xətai rayonlarında qeydə alınıb. Müvafiq olaraq 18%, 12% və 16%.-dir: “Qiymət artımının son ayda şəhərin bütün rayonlarında hiss edilməsini, bu seqment üzrə olan təlabatın artması ilə əlaqələndirmək olar. Qiymətlərin və torpağa olan tələbin artmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda artım müşahidə olunub. Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Montin qəsəbəsində (106 000 $/sot), ən ucuz torpaq sahəsi isə Suraxanı rayonunda, Hövsan qəsəbəsində (700 $/sot) qеydə alınıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm