Neftin və qazın nəql olunma tarifləri bahalaşıb
Bizi izləyin

Ekopublika.az

Neftin və qazın nəql olunma tarifləri bahalaşıb

Aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,7 faiz bahalaşıb. Sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri və digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri 1,3 faiz ucuzlaşıb. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,6 faiz bahalaşıb. Yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,2 faiz qalxıb. Sərnişindaşıma tarifləri isə sabit qalıb.

Aprel ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm