Ekopublika.az
Azərbaycan və Litva arasında əməkdaşlıq müzakirə olunub
Mayın 15-də vergilər naziri Fazil Məmmədov Litva xarici işlər nazirinin müavini Andrius Krivası, habelə Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası və Litva Xarici İşlər Nazirliyinin Şərq qonşuluq siyasəti idarəsinin Mərkəzi və Cənubi Qafqaz şöbəsinin 2-ci katibi xanım Şarune Kubiliuteni qəbul edib.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, F.Məmmədov qonaqları salamlayaraq ölkələrimiz arasındakı siyasi-iqtisadi münasibətlərin son illər sürətlə inkişaf etdiyini bildirib, Azərbaycan-Litva hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində gördüyü işlər, onun iclaslarında imzalanmış protokollara uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib. Son illər ölkəmizdə həyata keçirilən vergi islahatları, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər sahəsində əldə edilmiş nailiyyətlər də qonaqların diqqətinə çatdırılıb.
A.Krivas ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək səmimi qəbula görə minnətdarlığını bildirib, həm Azərbaycan, həm də Litvada hər iki ölkənin nümayəndələrinin iştirakı ilə müxtəlif biznes-forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyini vurğulayaraq, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə öz müsbət təsirini göstərəcəyinə əmin olduğunu söyləyib.
Görüşdə Azərbaycan və Litva hökumətləri arasında əməkdaşlığın inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye