Ekopublika.az
Banklar birləşə bilər
"Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarının
bağlanmasına imkan verməyəcək, buna görə də hazırda onların
bəzilərinin birləşməsini gözləmək olar".
Publika.az-ın məlumatına görə, bunu Trendə Milli Məclisin deputatı
Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, indiki vəziyyətdə 45 bankdan 5-10-nun daha iri
banklarla birləşməsini gözləmək mümkündür: “Bu, normal haldır,
çünki bazar iqtisadiyyatı bank kapitalı və sənayenin birləşməsini
və təmərküzləşməsini ehtiva edir. Bu halda vaxtı ötmüş kreditlərin
qaytarılmasına görə çətinliklər yaşayan banklar daha davamlı
banklarla konsolidasiya olmalıdır ki, bu da bank sektorunu
möhkəmləndirməyə imkan verəcək”.
R.Quliyev qeyd edib ki, AMB-nin banklara dəstək və təzyiq imkanları
var: “AMB-nin banklara təzyiqi onlara problemli vəziyyətdən çıxmağa
kömək edəcək. Dolğun fəaliyyət göstərən banklara kömək
göstərilməlidir və onların maliyyə vəziyyəti hətta cüzi yardım
halında belə sabitləşə bilər”.
Deputat əlavə edib ki, inkişaf perspektivi olmayan banklara yardım
göstərmək olmaz: “Bankın son bir neçə illik fəaliyyətinə baxmaq
lazımdır - o bu müddət ərzində inkişaf edib, yaxud sadəcə pulları
yeyib”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!