Ekopublika.az
"Azal" ABŞ-a birbaşa uçuşlar həyata keçirə bilər - İCAZƏ
Publika.az xəbər verir ki, Beynəlxalq Aviasiya Təhlükəsizliyinin
Qiymətləndirilməsindən sonra ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi
(FMAİ) aviasiya təhlükəsizliyi sahəsində Azərbaycana 1-ci dərəcə
verib.
ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, bu təsnifat
Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa
uçuşların həyata keçirilməsinə icazə verəcək və bu, iki ölkə
arasında turizmin və yük ticarətinin inkişafını dəstəkləyəcək.
FMAİ müəyyən edir ki, Azərbaycan Dövlət Mülki Aviasiya
Administrasiyası (ARDMAA) Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv
ölkə olaraq üzərinə götürdüyü bütün səkkiz həlledici element üzrə
təhlükəsizliyə nəzarət öhdəliklərini effektiv şəkildə yerinə
yetirir.
Bu, FMAİ-in Texniki Təhlil missiyası tərəfindən 2013-cü ilin
oktyabrında Azərbaycanda həyata keçirilmiş qiymətləndirmə və ARDMAA
tərəfindən əldə olunmuş tərəqqinin nəzərdən keçirilməsi məqsədilə
ARDMAA ilə birlikdə 2013-cü ilin dekabrında və 2014-cü ilin
yanvarında aparılmış hərtərəfli texniki müzakirələrdən sonra
müəyyən edilib.
“ABŞ-ın Ticarət və İnkişaf Agentliyi 1-ci dərəcə reytinqinin
alınmasına səbəb olmuş aviasiya təhlükəsizliyinə nəzarət sahəsində
təkmilləşdirilmələrin həyata keçirilməsində ARDMAA-ın fəaliyyətinə
töhfə verməkdən məmnundur. Xüsusilə aviasiya sahəsində texniki
yardımın iki mərhələsini maliyyələşdirməklə ABŞ hökuməti aviasiya
sisteminə nəzarət sahəsində beynəlxalq standartların tələblərinə
cavab verilməsində ARDMAA-na köməklik göstərməkdə maraqlı olduğunu
nümayiş etdirir.
Biz bu təsnifatın əldə olunması istiqamətində ötən bir neçə il
ərzində göstərdiyi əzmkar fəaliyyətə, peşəkarlığa və fədakarlığa
görə Azərbaycan hökumətini təbrik edirik. ABŞ hökuməti mülki
aviasiya sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcəyinə
ümid edir”, səfirliyin məlumatında qeyd edilir.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO