Samir Şərifov: “Azərbaycanda sığorta bazarı sabit və dayanıqlıdır”
Bizi izləyin

Ekopublika.az

Samir Şərifov: “Azərbaycanda sığorta bazarı sabit və dayanıqlıdır”

“Ölkədə baş verən devalvasiya bank və maliyyə sektoruna mənfi təsir edib”.

Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Bakıda keçirilən sığorta forumunda söyləyib. O bildirib ki, Azərbaycanda devalvasiya sığorta sahəsinə də mənfi təsir edib: "Sığorta şirkətləri təhlükələri qiymətləndirməlidir. Dövlət Sığorta Xidməti Nəzarəti və Maliyyə Nazirliyi sığorta bazarının genişlənməsi üçün birgə iş aparır. Biz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə birgə Azərbaycan iqtisadiyyatının qiymətləndirilməsini hazırlamışıq. Bu göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycanda sığorta bazarı sabit və dayanıqlıdır. Sadəcə olaraq, yerli şirkətlər istehlakçılarla düzgün iş qurmalıdır".

Nazir sığorta sahəsində qeydə alınan nöqsanları aradan qaldırmaq üçün Maliyyə Nazirliyinin müvafiq tədbirlər planı hazırladığını söyləyib: "Bu planda istehlakçıların hüquqlarının qorunması məsələsinə xüsusi diqqət yetirilib. Sığorta sektorunda etibar və nüfuz önəmlidir. Ona görə də şirkətlər sığorta sahəsindəki boşluqlara nəzarəti, həmçinin xidmət keyfiyyətini artırmalıdır. Sığorta agentlərinin zəif işi də sığorta şirkətlərini sarsıdır. Bu problemləri həll etmək üçün ciddi addımlar atılır".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm