Afinaya xəbərdarlıq: dirhəm qayıda bilər
Bizi izləyin

Ekopublika.az

Afinaya xəbərdarlıq: dirhəm qayıda bilər

Yunan xalqı beynəlxalq kreditorlar (Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyası) tərəfindən təklif edilən razılaşma planından imtina etsələr, Afina yeni valyutadan istifadə etməli olacaq.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin başçısı Martin Şults bildirib.

O, qeyd edib ki, əgər yunanlar bu gün keçirilən referendumda “yox” cavabı versələr, avrodan ödəmə vasitəsi kimi istifadə edə bilməyəcəklər. Martin Şults söyləyib ki, yeni valyutadan istifadə etdiyi anda, həmin ölkə avrozonanı tərk edir.

Ekspertlər də hesab edir ki, Yunanıstan şəxsi valyutasına - dirhəmə qayıda bilər. Yunan dirhəmi 2002-ci ildə dövriyyədən çıxarılıb. Həmin vaxt 340 dirhəm bir avroya dəyişdirilirdi.

Qeyd edək ki, Yunanıstanda bu gün keçirilən referenduma bir sual çıxarılıb: Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun qəbul etdiyi planı qəbul etmək lazımdırmı? Beynəlxalq kreditorların planı iqtisadiyyatda sərt rejiminin tətbiqini nəzərdə tuturlar. Buraya vergilərin artırılması və borcun yenidən strukturlaşdırılmasına əvəz olaraq pensiyalar və digər sosial ödənişlərin kəsilməsi daxildir. Yunanıstan höküməti bu plana qarşı çıxır.

Yunanıstanın xarici borcu 300 milyard avrodan çox təşkil edir. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, vəziyyətin normallaşması, həmçinin xarici borcun silinməsi üçün yaxın üç il ərzində ölkəyə 52 milyard avro lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm