Köşə
Plagiat: Emin Sabitoğlu, Zeynəb Xanlarova, Nil Burak...
İkinci Mahmud
İndi gör nə deyirəm...
Son aylar Emin Sabitoğlunun bəzi bəstələrinin əslində orjinal olmadığı ilə bağlı bir neçə xəbər oxumuşam. Plagiat imiş. Tutaq ki, bu, belədir. Qoy olsun.
Emin Sabitoğlunun nəğmələrini çox sevirəm.
Fikrimcə, Emin Sabitoğlu Azərbaycan estrada musiqisi tarixində müstəsna xidmətlər göstərmiş bir nəğməkardır. (Hörmətli oxucu, müəllif qəsdən “bəstəkar” sözündən istifadə etmir.)
“Bəstəkar”, “bəstələmək”... Nədənsə mənə elə gəlir ki, bu sözlər hansısa mexaniki – quru, riyazı, emosiyalardan məhrum – fəalliyyəti ifadə edir.
Gör daha nə deyirəm...
Çox sevdiyim bir nəğmə var: “Durna qatarı” (“Əsir payız küləyi”). Sözləri Bəxtiyar Vahabzadənindir. İlk ifaçısı - Zeynəb Xanlarova.
Əsir payız küləyi,
Gecə uzun, gün gödək.
Ağacdan yarpaq düşür,
Bir ömrün gülləritək.
Susur çaylar, çeşmələr,
Susur çəmən, dağ, dərə.
Köçür durna qatarı
Uzaq-uzaq ellərə.
Bizim çöllər ayrılır
Bu vəfasız gözəldən.
Qışda üşüməməkçün
Yer don geyir xəzəldən.
Köçür durna qatarı,
Ürəyimiz kövrəlir.
Külək əsir, dağlardan
Payızın ətri gəlir.
Yarpaqlara, otlara
Sarı-sarı zər düşür.
Yaşımıza yaş gəlir,
Ömürdən günlər düşür.
Köçür durna qatarı,
O, baharda dönəcək.
Ötən günlər dönəydi
Durna qatarlarıtək.
Nil Burakı da çox sevirəm. Sevdiyim bir nəğməsi var: “Bir garip olur içim”. Sözlərini Ülkü Aker yazıb. Musiqisi - Armağan Çamlı.
Bir garip olur içim
Kararınca ufuklar
Birbir aklımdan geçer
Kahreden ayrılıklar
Acılarla dertlerle
Ben gönlümü eğlerim
Bazen umutla dolar
Coşar şarkı söylerim
Acılarla dertlerle
Ben gönlümü eğlerim
Bazen umutla dolar
Coşar şarkı söylerim
La la lay lay La la lay lay
Andıkça gözlerimden
Gizli gizli yaş gelir
Beklediğim sevgili
Bakarsın çıkar gelir
Andıkça gözlerimden
Gizli gizli yaş gelir
Beklediğim sevgili
Bu iki nəğmə arasındakı oxşarlıq diqqətimi çəkdi. Kiçik bir araşdırma apardım. Bəxtiyar Vahabzadə şeiri 1975-ci ildə yazıb. Şeir “Əsir payız küləyi” adlanır. Emin Sabitoğlu nəğməni 1976-cı ildə bəstələyib.
Armağan Çamlının Ülkü Akerin sözlərinə bəstələdiyi “Bir garip olur içim” mahnısı Nil Burakın “Boş vere boş vere” adlı albomundandır. Albom 1980-ci ildə yayımlanıb.
Axırda gör nə deyirəm...
Müqayisə üçün hər iki nəğməni sizə təqdim edirəm:
“Durna qatarı” (Bəxtiyar Vahabzadə, Emin Sabitoğlu). Oxuyur Azərbaycan Respublikasının Xalq artisti Zeynəb Xanlarova!
“Bir garip olur içim” (Ülkü Aker, Armağan Çamlı). Oxuyur Nil Burak!
-
İdman20:12Şəxsi təyyarə ilə Liverpula gəldi - Yaxın saatlarda…
-
Sosial18:36Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Rəsmi xronika17:38İlham Əliyevə təbriklər gəlməkdə davam edir
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq































