Köşə
Avropa pasportunu əxlaqa və şərəfə dəyişənlər fəsiləsi
Filologiya elmləri doktoru, telejurnalist Rövşən Raqifoğlu
Son zamanlar, xüsusən prezident seçkiləri ərəfəsində bəzi
"həmvətənlərimiz”in sosial məkanda sözün əsl mənasında aktivliyi və
canfəşanlığı diqqətdən yayınmır. Ya çənəsinə, dilinə güc verib
söyüş söyənlər, prezidentə, onun ailəsinə qarşı açıq təhqirə yol
verənlər, ya da şəkillərdən heyif çıxmağa çalışanlar görəsən nə
etmək istəyir, nəyə, yaxud kimə xidmət göstərir? İnsan
adlandırmağın belə günah olduğu bu adamcıqlar doğrudanmı elə
düşünürlər ki, onlara baxanlar (özlərinin iddia etdikləri kimi hər
videoya 70 min adam baxır) bu gülünc şounu dəstəkləyənlərdir?
Əvvəla, "baxmaq heç də bəyənmək anlamına gəlmir” kəlamının nə
dərəcədə doğru olduğunu artıq 10 yaşımdan dərk etmişəm. Qonşumuz
Kolya dayı hər gün içib evinin pilləkənlərini sürünərək qalxanda və
hər hərəkətində insanın meymundan yalnız şüuruna görə fərqləndiyini
əyani şəkildə sübut edəndə biz də baxır, əylənirdik. Amma
ürəyimizdə yalnız bir hiss vardı - acı təəssüf hissi. Bu gün də
özünü azərbaycanlı adlandırıb meydanda sözün əsl mənasında
meymunluq edən, bununla da millətinin və xalqının təəssübünü
çəkdiyini bar-bar bağırıb ucuz şou düzəldənlərə etiraf edək ki,
adamın yazığı gəlir.
Əvvəla ona görə ki, qanacaq və mərifət yaxşı keyfiyyətlərdir və bu
keyfiyyətləri nəyin bahasına olursa-olsun, ayaqlar altına atmaq,
tapdalamaq olmaz. Hətta, sizə bunun müqabilində Avropada yaşamaq,
vətəndaşlıq almaq, bir sözlə, avropalı olmaq vədi verilirsə... Yox
əgər əxlaqı, mərifəti, adi ədəb qaydalarını, ümumiyyətlə, kişi
adına yaraşmayan hərəkətləri yalnız maraqlarda görürsünüzsə, o
zaman yazıqlar olsun. Görünür, siz uşaqlıqdan bu cür dəyərlərdən,
ilk növbədə ailə dəyərlərindən məhrum olmusunuz. Bu cür əxlaq,
mərifətlə isə nə vətəndaş olmaq, nə ailəsinə, nə də xalqına yaramaq
mümkündür. Belə olan halda hər bir fərd yalnız və yalnız YARAMAZA
çevrilir ki, bunu da sizin hərəkətinizdən, düşüncələrinizdən və
aparıdığınız çirkin qarayaxma kampaniyalarından tam aydın görmək
mümkündür.
Ailə dəyərlərinə gəlincə, əminliklə deyə bilərəm ki, hər bir
azərbaycanlı ailəsində körpəyə hələ uşaqlıqdan bu fikirlər
aşılanır:
1. Ailə müqəddəsdir. Öz ailəsinə, konkret olaraq anasına,
atasına, bacısına hörmət edən kəs başqasını söyməz. Çünki ahıl
insanların yaxşı sözü var: "Söyüş iki başlı olar”.
2. Mübarizəni kişi kimi apararlar.
3. Bir vəfat etmiş insanın ruhuna, bir ahıl insana, bir də xanıma
ehtiramla yanaş...
Əgər kimsə bu dəyərlərdən məhrumdursa, onun düşdüyü durum Kolya dayının vəziyyətindən də ağırdır. Əlbəttə, hər kəs öz həyatının sahibidir və görünən odur ki, Avropaya yağlı tikə dalınca gedən, yaxud artıq Avropada olub sahibinə nə dərəcədə etibarlı olduğunu sübut etməyə çalışan kəslər digər dəyərlərlə yanaşı, bu missiyanı da ucuzlaşdırıblar. Bu həyatda nələr görmədik ki... Qoca Qitəyə ayaq basmaq naminə müxalifətin mitinqlərinə qatılmaq da, hətta başını yarıb və ya üz-gözünü cırıb şəkil çəkdirərək günahı polisin üzərinə atmaq da (inanın, belələrini şəxsən tanıyıram), müxtəlif yollarla internet kanallarına yol tapıb müxalif yönümlü jurnalist imici qazanmaq da, yaxud özünü bloqqer kimi təqdim edib qəhrəman obrazı yaratmaq, hətta cinsindən belə imtina etmək də təcrübədə var. Amma Avropa pasportunu açıq şəkildə, utanmadan və bunu Avropa küçələrində bağıraraq şərəfə, mənliyə, əxlaqa dəyişmək ənənəsi artıq yeni taktikadır. Hər halda, bizim "vətənpərvərlər" üçün. Bütün dəyərlərdən məhrum olan həmin kəslər görəsən bu taktikanı daha nə ilə əvəz edəcək?...
P.S. Bu yaxınlarda həmin "vətənpərvərlər"dən birinin Avropanın hansısa küçəsinə şəkil yapışdıraraq şərh etdiyi videonu izləyirdim. Videoda qəhrəmanlıqdan, xalqdan, millətdən danışan bu kəs kənardan keçən və ona türk dilində "məni çəkmə” deyə xahiş edən xanımın üzərinə "get işinlə məşğul ol”, "get burdan”, "harda dəli var gəlib bizi tapır” deyərək ucadan qışqırır. Əminəm ki, xanım növbəti dəfə öz etirazını bildirsəydi, "qəhrəmanımız”dan yaxşıca kötək yeyəcəkdi. Deməli, bu yanaşma yalnız bizə qarşı deyil. Beyinlə, düşüncə ilə, psixoloji durumla, bir də səviyyə ilə bağlıdır. Hər halda, avropalı mütəxəssislərin hər millətdən olan bu cür kəsləri necə ustalıqla axtarıb tapması və daha sonra onlardan istədiyi formada yararlana bilməsi bacarığı da bu məqamda etiraf olunmalıdır. Necə deyərlər, avropasayağı demokratiyanın elə avropasayağı "qurucuları” və ya ünsürləri də belə olmalıdır. Odur ki, bu kəsləri Azərbaycan dövlətinin və xalqının deyil, məhz Avropa mühitinin və Avropa "demokratlarının" cücərtiləri adlandırsaq daha düzgün olar...
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi

















.jpg)















