Köşə
Vətəndaşlıq mövqe(sizli)yi
Yəhya Babanlı
“Qürbətin odu da Vətənin tüstüsü qədər parlaq deyil”. (Alman atalar sözü)
“Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir”. (V.Hüqo)
“İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır”. (M.T.Sidqi)
Qürbətçi naqis həmvətənlərim!
Hamınızı mütəşəkkilliklə ümummilli məsələlərdə HƏMRƏYliyə dəvət edirəm; Vətəndən kənarda, dövlətini, xalqını, onun seçilmiş rəhbərini təmsil etmək və tanıtmaq ikiqat şərəfli və məsuliyyətdir. Buna görə hər birinizi ayrı-ayrılıqda təbrik etmək diləyindəyəm.
Əvvəla, demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarının ən məhsuldar prezidenti dörd dəfə seçilib. Məhz həmin şəxs, Franklin Ruzvelt tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Onun ABŞ üçün həyati önəm daşıyan əhəmiyyətli məsələlərin həllində müstəsna yeri və rolu var.
Bu və ya digər xüsusda, İlham Əliyevin dördüncü dəfə Azərbaycan
Respublikasının Prezidenti seçilməsi konstitusion olmaqla yanaşı,
xalqın böyük əksəriyyətinin arzu və istəyinin ifadəsidir.
Demokratiya isə xalqın çoxluğunun sifarişidir.
Hazırda dünyada etalona çevrilən “dövlətlər
dövlətləri”nin əksəriyyəti öz dövlət institutunun
formalaşdırılması yolunda bu nəzəriyyədən keçib. Dövlət oturuşunca
bu təcrübə labüddür.
Bir haşiyə çıxmaq istərdik, bu il qürurla 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasının səbəblərindən biri də məhz tez-tez hökumətin dəyişməsi idi. Cəmi, 23 ay ərzində 5 dəfə Nazirlər Kabineti dəyişib. Bu tarixdən bizə məlum olan əyani sübutdur və yaxud da qiyabi tarix dərsidir.
Bunları soyuq başla nəzərdən qaçırmamalıyıq. Onsuz da mürəkkəb beynəlxalq münasibətlər dövründə yaşayırıq. Dövlətin ali vəzifəli şəxsi -Dövlətbaşçısı, əslində vətəndaşlıq mövqeyi olan hər bir kəsin hörmət edəcəyi və ehtiram göstərəcəyi ali dövlətçilik məqamıdır. Bu kürsü dövlət atributlarından hesab edilməklə, milli heysiyyat və qürur məsələsidir.
Bizcə, parlaq zəkasını və öz xarizmasını Vətənin yolunda səfərbər edən İnsanın səlahiyyətini hər hansısa bir müddətlə məhdulaşdırmaq yanlış yanaşmadır, bunu, nakəslik də saymaq olar. Ən yeni tarixdə Heydər Əliyev ilə bağlı yaş məhdudiyyəti aradan qaldırılmasaydı, müasir Azərbaycanın hansı təlatümlərə məruz qalacağını və neçə min kilometr kiçiləcəyini düşünmək heç də çətin deyil.
Burada anlaşılmaz məqamlar da var:
Bu vaxta qədər bunun əksini düşünən xaricdə yaşayan bəzi soydaşlarımızın potensiallarından doğru-düzgün yolla, sosial fəallıqlarını Azərbaycan diaspor və lobbi işinə yönəldilməməsidir. Əfsus ki, bir qrup naxələf yığışaraq Dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinə kölgə salır, fotoşəkillərini yaramazcasına istifadə edir və aqressivlik nümayiş etdirir. Belə üzdəniraq forma və məzmunda "qara piar" dürüst insana yaraşmaz və yeni dünya nizamında bu sivil insanın mübarizə üsulu deyil Bizcə. Bu simbioz varlıqlara xas metoddur.
Milli maraqlarımız – dövlət mənafeyimiz naminə...
Vətən sərhəddən başlayır. Gəlin, itirdiyimiz həqiqət vardısa da əgər, Vətəndə axtaraq və tapaq.
Milli HƏMRƏYlik təvəqqəsi ilə dövlətçilik şüurunun formalaşması naminə “siyasi səbatlılıq”, “siyasi etika” və “siyasi dialoq” formulu üzərində fəaliyyət davam etdirilsin.
Dövləti onun rəhbəri tanıdır və onun simasında
tanıyırlar...
İlham Əliyev Azərbaycan boydadır, dövlətin adından danışan və onu
beynəlxalq aləmdə təmsil edən Bayraqdardır. Gəlin, müqəddəs
bayrağımızın yüksəklərdə dalğalanması üçün müsəlləh Bayraqdarımızı
qoruyaq. Dövlət başçısına - Böyüyə qarşı təmkinli davranmaq, küfr
etməmək milli zehniyyətimizdir və bəşəri üstünlüyümüzdür. Bu,
Dədəmiz Qorquddan miras qalıb Bizə.
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?































