Köşə
Buna ehtiyacım var
Ömər Xəyyam
Dünən yazmışdım ki, Anar möhtəşəm yazıçıdır. Bu gün də deyirəm, bəli, Anar yazıçıdır. Sonra bir qəribə adamlar peyda oldu və başladı Anarı təhqir etməyə. Təbii ki, Anarı tənqid etmək olar, heç onun mənim müdafiəmə ehtiyacı da yoxdur, amma mənim onu müdafiə etməyə ehtiyacım var, bu, ədalət hissinin məcburiyyətidir. Allah şahiddir ki, nə Anarın kreslosunda, nə kalstukunda, nə də vəzifəsinin verdiyi imtiyazlarda gözüm var.
Anar məni tanımır - ola bilər ki, heç ömür tanışlığa vəfa etməz
- BƏS MƏN ONU TANIYIRAMMI, ya da belə, mənim müdafiə etdiyim Anar
kimdir?
Söz ki, var - sirrini bir Allah bilir - anamdan Həvvaya, atamdan
Adəmə qədər külli-bəşər;
- Eşitdiyimiz, gördüyümüz,
- Toxunduğumuz, daddığımız,
- Sevdiyimiz,
- Uğrunda yaşadığımız, öldüyümüz – hər şey,
- Təsəvvür etdiyimiz,
- Bir də olacaqlar hamısı.
- Mən də sözəm, sən də, - ki, sirrini bir Allah bilir, -
cümlə-cahan, olan, olmayan hamı Sözdür, - Onun Səsi.
Ədəbiyyat – dünyanın yenidən dərki: Səsin sözü.
Mən yazıçı Anarı tanıyıram. Bu, o Anardır ki, Allahın səsidir. Hə,
bu yaman ağır oldu, öz əlimlə başımı verdim oda, amma tələsməyin,
mən Anarı qaldırmıram, endirirəm. Bu, o müstəvidir ki, erməni
Paşinyan da həmin Səsdir, həmin Söz, mənim anam da.
Bu o müstəvidir ki, hələ şəxsiyyət müstəvisindən min yol uzaq.
Bu yaradılışdır, əsildir, təməldir.
Sonra ki dünyaya gələcəyik, sonra ki, çanağımıza qulp, qulpumuza
aşıq bağlanacaq, onda xaric səslənəcəyik, onda kökdən
düşəcəyik.
Hərə bir müstəvidə aşıqlanıb, sonda gəldiyi yerə - Səsə
qayıdacaq.
***
Müstəvilər çoxdur.
Vaxtınızı almamaq üçün birbaşa mətləbə keçirəm.
Mən Anarı ədəbi müstəvidə, sənət müstəvisində tanımışam:
hekayələrindən, romanlarından.
Mən yazıçı Anarı tanıyıram, ki, o, doğrudan yazıçıdır.
Anar başqa müstəvilərdə kimdir? – Mənə maraqlı deyil.
Mən oxucu kimi yazıçını yox, yazını oxuyuram.
***
Anarı tənqid edənlərin dərdi başqadı. Anarı tənqid ev, maşın, vəzifə müstəvisindədir. Ki, mən o müstəvidə yoxam, olmamışam. O məsələlər ədəbiyyatın yanından, İlahi Səsin, Sözün yanından görünmür.
***
Ədəbiyyat qaz pulu üçün, hansısa məmurun haqsızlığı əleyhinə
vasitə deyil. Ədəbiyyat Səsin mətnidir, Səsə sözlə toxunuşudur,
arınmadır, ibadətdir.
Siz məndən qoz istəyirsiz, o da məndə yoxdur.
(2018.05.19)
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR






.jpg)


.jpg)



















