Köşə
Sənin qədər sadə deyiləm, ana!
Aysel Əlizadə
Anam, anam! Kamala Abiyevam. Böyük maarifçi, öyrətmən, 45 ilin intəhasız zəhmətlə çalışan müəllimi. Şairim! Azərbaycan üçün övladını Aysel Əlizadə olaraq özgür, cəsur, aydın qadın obrazı kimi yetişdirən qadın! Cəmiyyətin yüzillik "başıboş gözəl" təsəvvürünü qızına verdiyi maarifçi tərbiyə ilə darmadağın edən Azərbaycan anası! Mənim anam olmasaydın, başqa cür yetişərdim, bilirəm. Çünki bircə övladın var, onu aslan kimi böyütmüsən. Nə yazsam, necə "çox sağ ol" desəm, yetməz. Qızın olmaq kimi bir şərəfli taleyim var.
Ölkəmin təhsil dönəmi şeirinlə başlayır, şeirinlə bitir -
İLLƏRDİ. "Məktəb illəri" şagirdlərin dəftərlərinə yazılır, "Son
zəng" lərdə səslənir, məktəb açılışında deyilir. Hərdən məndən
soruşurlar: "İlahi, bütün Azərbaycan təhsili bu qadının şeiri ilə
açılıb-bağlanır. Heç elə bil ona aid deyil. Bu nə sadəlikdi?" Mən
Sənin qədər sadə deyiləm, ana, ancaq gözütoxluğu Səndən öyrənmişəm.
Ad, ev, imtiyaz, təltif peşində olmamağı öyrənmişəm Səndən. Hərdən
deyirsən "mənə oxşama, sən haqqını istə". Susuram... Ya da
uzun-uzun istəməməyimin səbəblərini izah edirəm. Bu səbəbləri isə
məndən daha gözəl bilirsən. Çünki özün varlığınla öyrətmisən belə
olmağı. Bəlkə hərdən ürəyinin dərinliyində "peşman" da olmusan -
yaşadığım çətinlikləri, əngəlləri görüb, özlüyündə
"kaş sadə bir qadın kimi böyüdərdim, böyük amallar arxasınca
getməzdi, standart həyatı olardı, daha xoşbəxt yaşayardı"
düşünmüsən. Əmin ol, çox əmin, heç xoşbəxt olmazdım.
İllərdi cəhalətlə, xurafatla açıq-açığa üz-üzə gələn - ölkəmin bəlkə tək qadını kimi, haqsızlıqla savaşan yaradıcı insan kimi, yazıları ilə İnsan yetişdirən, böyük düşüncə sahiblərini sevindirən, gərəksiz, cəmiyyətə ziyanlı klişeləri poeziyası, yazdıqları, yaratdıqları və yaşadıqları ilə alt-üst edən, çox adamın öyrəndiyi, təsirləndiyi bir yazar, bir obraz kimi, dünya ağıllısı qızımla, qazandığım qızıldan qiymətli dostlarım və zəki oxucularım, sevənlərimlə bütün acı-şirin yaşantılarım və zəngin həyat yolumla Sənin qızın kimi çox mutluyam.
Sənin doğum günündə niyə özümdən yazdım? Özünlə qürur duyasan deyə. Mutluluğun mutluluğumla eyni ölçüdə, yan-yanadı deyə. Bütün narahatlığın yalnız övladınla bağlı olduğu üçün yazdım bunları... Rahat yaşa, rahat nəfəs al. Gecənin qaranlığını açıq gözlə yaşayan insan mütləq Günəşin doğuşunu görür. Səni sevirəm, Ana. Doğum günün qutlu olsun! Çox və sağlam yaşa bizim üçün...
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət







.jpg)
.jpg)





















