Köşə
Qəzetlərə ''olma'' deyən Odur! Bəs biz nə edək...
Rauf Arifoğlu
Doğmalarımızdan çox baxdığımız telefon ekranı və doğma qəzetlər - çap mediasını dirçəltmə təşəbbüsündə kimlər var...
Bir məruzətim var, dostlar. Hövsələsi olanlar, bu yazımı sona qədər oxusunlar.
Qəzetlərlə bağlı yeni şərait və yeni şərtlər ortaya çıxıb.
KİV DF -nin 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı yeni müsabiqə şərtlərini deyirəm.
30 yaşlı ''Yeni Müsavat'' olaraq bu şərtlərə tam cavab veririk və bizim davamiyyətlə bağlı heç bir problemimiz yoxdur. Son 30 ildə ən azı, 30 çətinlik-problem dəf etmişik.
Lakin bu, bizim və ümumilikdə çap mediası üçün problem də deyil. Bir şansdır.
Azərbaycan Prezidenti İlham Əliyev illərdir dövlət büdcəsindən ciddi maliyyə dəstəyi verir ki, çap mediası yaşasın.
İndi onun təşəbbüsü ilə yeni mərhələ başlayır. Mahiyyətini
özümün anladığım şəkildə belə özətləyirəm: qəzetlər azalacaq, lakin
dəstək artacaq. Tələblərə cavab verən qəzetlərə daha yüksək maliyyə
ayrılacaq. Hədəf - Azərbaycanın dünya standartlarına yaxınlaşan
print mediası formalaşsın. Məndəki qənaət və məlumat həm də budur:
mövzular və tənqid-təftiş məhdudiyyətləri əhəmiyyətli dərəcədə
qaldırılacaq, satış nöqtələri (xüsusi ilə metrostansiyalardakılar)
bərpa olunacaq, yayım və çap sistemi təkmilləşdiriləcək!
Yəni Prezidentin və onun çap mediası üçün qurduğu KİV DF-nin
məqsədi qəzetlərə yardımı daha effektli, daha strateji və daha
məqsədəuyğun hala salmaqdır. Yeni konsepsiyanın mahiyyəti, məncə,
budur. Dəstəkləyirəm. Nəticələr üçün bir menecer olaraq, əlimdən
gələni edəcəm.
Lakin bir nüans var. Dünyada və ölkədə çap mediasını, qəzetləri
keçmiş mərhələ sayan zehniyyət və qənaət getdikcə güclənir. Bu,
ciddi təhdiddi. Oxucu təhdidi - oxunmama təhdidi. Qəzetlərə
''olma'' deyən də, ''ol'' deyən də Odur. Oxucu!
Milyonlarla insan sosial mediaya keçib, məlumatı da həyatı da orada tapır.
Onu da qəbul edirəm - nyu medianın çap mediasını üstələməsi dünya çapında bir faktdır.
Hətta belə görünür ki, oxucu haqlıdır -print media onun istəyini qarşılaya bilmir. Əsrimiz paralel ekran əsridir. Əlimizdə və ya cibimizdə daşıdığımız telefonun ekranına ən yaxın doğmalarımızdan da daha çox baxırıq, daha çox ilgilənirik. Gecə yatanda ən son gördüyümüz, sabah yuxudan oyananda ilk baxdığımız telefon ekranı olur... Belə bir dünyada kağız informasiya vasitəsi ''demode'' görünür, lazımsız təsir bağışlayır.
Lakin hər kəs üçünmü belədir? Ən əsası, bu gedişat düzgündürmü? Paralel ekran insanlığı haralara aparır? Qəzetlərin dövrü bitdimi? Bitirəkmi? Bitəcəkmi? Yoxsa, bizlərdən də asılı nəsə var; qəzetçilər və qəzetsevənlər nələrsə edə bilərlər. Nələr?
Prezidentin və onun çap mediası üçün qurduğu Fondun ''yenidən qəzet və yenilənmiş qəzet - Azərbaycanda da rəngli, çox səhifəli, çeşidli mövzularda və maraqlı yazılarla çıxan qəzetlər olsun'' çağırışları, təşəbbüsləri əminəm ki, doğrudur. Bəs, bu fikirdə olan və bu təşəbbüsləri dəstəkləyən daha kimlər var? Qəzet sənayesindəki tanınmış menecerlərə, o cümlədən şəxsən mənə dəstək olacaq dostlar nə düşünür və nə ilə dəstək ola bilərlər? Mənim abunə çağırışım kimlərisə təsirləndiribmi?
Bütün bu və digər sualları, mövzuları müzakirə etmək və qəzetlərin formatlanmasında iştirak etmək fürsəti yaranıb.
Qəzetimizin dostlarının təklifi ilə fevralın 4-də, saat 12-14 arasında redaksiyamızda bu mövzularda müzakirə açırıq. Eyni zamanda, mənim abunə çağırışıma müsbət cavab verən dostların təklifi ilə abunə marafonu başladırıq. Yuxarıdakı suallara tərəddüdsüz ''qəzetlər olmalıdır, qəzet oxumağı da, oxutmağı da sevirik. Yenidən doğuş və yenilənmə sürəcinə ümid bəsləyirik'', deyənlər ''Yeni Müsavat''ın redaksiyasına gələcəklər. Onların arasında yeni medianın aktiv və alovlu dəstəkçiləri - qəzetlərin lazımsılığına inananlar da var. Bunun üçün də müzakirələrin gərgin və maraqlı olacağı görünür. Lakin əminəm ki, faydası da olacaq.
Artıq 6-sı millət vəkili olmaqla, iş adamlarından, yazıçı və tanınınmış jurnalistlərdən, ictimai sektorun görkəmli xadimlərindən, media kapitanlarından ibarət 30 nəfərlik heyət bu çağırışıa reaksiya verib.
Beləliklə, gələn həftənin 1-ci günü (4 fevralda) saat 12-14
arasında ölkədə özü və imzası tanınan, 144 illik qəzet tariximizin
davam etməsini vacib sayan və qəzetlərin daha geniş oxucu kütləsinə
yayılmasını istəyən dostlarımız ''Yeni Müsavat''ın redaksiyasında
görüşəcəklər.
Çaylar və reportaj bizdən...
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR