Köşə
Allah eləməmiş, birdən seçildiniz, onda…
Aynur Camalqızı
Parlament seçkilərinin ən maraqlı mərhələsindəyik. Namizədlər sosial şəbəkələr vasitəsilə özlərini təqdim etməyə, tanıtmağa çalışırlar...
Parlament seçkilərinə maraq təbiidir. Amma məncə, seçici marağı namizəd, deputatlığa iddialı olmaqdan daha üstün olmalıydı. Maraqlıdır, niyə bu ölkədə hamı deputat olmaq istəyir? Bəs birdən, Allah eləməmiş, seçildiniz, onda nolacaq? Seçicilərin, xalqın vəziyyəti necə olacaq?
1500 nəfər namizədin neçəsinin İQ səviyyəsi milləti Milli Məclisdə, dövləti dünyada təmsil etməyə yetərlidir?
Deputatlığa namizədliyin sosial şəbəkələrdə yaratdığı reaksiyanı müşahidə edirsinizmi? Artıq video-çarxlar da çəkilir – namizəd taksi sürücüsü, ofisiant, gözətçi, satıcı…
Verilən vədlərə baxıram. Nə qədər gülməlidir: “5 il yanınızda olacam. 5 il sizinlə olacam”.
Qardaş, 5 il bizim yanımızda və bizimlə olmaq bizə lazım deyil. Neynirik sizi?)) Ümumiyyətlə “sizinlə olmaq” nə deməkdir?
Yol çəkmək, zibil qutularını boşaltmaq da deputatın işi deyil. Deputat mükəmməl qanunların hazırlanması, qəbulu, işləkliyi üçün çalışmalıdır. Qanun hazırlamaq bir yaradıcılıqdır, siyasətdir. Siyasət isə elmdir. Parlament də bu elmin meydanı, praktik tətbiq məkanı, tribunası.
Axı niyə fərdlərin, şəxslərin iddiaları dövlətimizin maraqlarından, dünyadakı imicindən yuxarı qalxmalıdır? Kimdir o əvəzedilməz, olmazsa-olmaz adam(lar), hansı ki, mütləq sinəsinə deputat nişanı taxsın?
Təbii ki, bu ölkə üçün əvəzedilməzlər, olmazsa-olmazlar var, amma onların bu siyahıda sayı nə qədərdir?
Çox layiqli namizədlər var, əlbəttə. Tural Gəncəliyev var, məsələn, Xankəndi dairəsinin favoriti olacağına şübhəm yox. O dairəni məhz Tural Gəncəliyev kimi ləyaqətli, vətənpərvər, intellektual soydaşımız təmsil etməlidir. Və ya Vüqar Bayramov. Nə qədər ləyaqətli, millətini-dövlətini sevən biri olduğunu xüsusi qeyd etməyə yəqin ki, gərək yoxdur. Savadlı iqtisadçıdır, beynəlxalq təşkilatlarla əlaqələri, iş təcrübəsi yüksək səviyyədədir...
Onlarla belə ad çəkmək olar. Köhnə deputatların arasından, məsələn, Əli Hüseynov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı…
Jurnalistikadan seçki yarışına qoşulan həmkarlarım arasında dostumuz Rauf Arifoğlu da daxil olmaqla, kifayət qədər layiqlilər var. Ad çəkib xüsusi fərqləndirmək istəmirəm. Yəni yuxarıdakı ifadələrlə kimləri qəsd etdiyimi, əminəm, bilirsiz.
Demək istədiyim odur ki, jurnalist, iqtisadçı və ya hüquqşünas seçki marafonuna qoşulursa, mütləq bu yükü daşımaq gücündə olmalıdır. Mütləq bu insanların siyasi təfəkkürü, dünyagörüşü, ölkənin xarici və daxili siyasət istiqamətləri, hədəfləri, prioritetləri barədə təsəvvürləri, bilgiləri olmalıdır. Adam durduğu yeri bilməlidir; adam Qarabağ probleminin həll yolları ilə bağlı Azərbaycan dövlətinin illərdir yürütdüyü siyasətin fəlsəfəsini anlamalıdır. Bütün bunlar olmadan ən savadlı iqtisadçı və ya hüquqşünas belə parlament üçün gərəkli ola bilməz. Bu, sadə məntiqdir. Siyasətin “es”indən xəbəri olmayanlar prosesi gözdən salmaqdan, seçkilərin əhəmiyyətini azaltmaqdan başqa heç nəyə xidmət etmir.
Dostlar, təfəkkür, yanaşma dəyişməlidir. Kamil Musəvi Qarabağ uğrunda döyüşlərdə bir gözünü itirmiş əziz qardaşımızdır, gözümüzün işığıdır. Amma vallah, onun MM-ə verə biləcəyi töhfənin nədən ibarət olacağını yəqin özü də təsəvvür etmir...
Heç kəs inciməsin. İddiaların olması çox yaxşıdır, çox gözəldir. Amma imkanlar o iddialarla adekvat olmalıdır. MM üzvü olmağa intellektual imkanları yetərli olmayan hər hansı bir namizədin iddiası Xanhüseyn Kazımlının öz qızını “öz yerinə deputat seçdirmək istəməsi” qədər absurddur...
Deputat maaşına da çox güvənməyin. İndi dayandığınız yerdən yüksək görünə bilər. Amma deputat olandan sonra məlum olacaq ki, əslində o qədər də böyük məbləq deyilmiş. Bir ayda bir neçə toya getsəz, o maaş da bitəcək... Deputat olanda dəvətlər, dəvətnamələr də çoxalır...)
Ciddi olaq, dostlar!
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto













.jpg)











_(1).jpg)










