Köşə
Başqasının evində yaşayan bir gün oranı tərk edir
Zahid Oruc
İndi Kəlbəcər şəhərinin yandırılması 90-cı illərdə Zəngilanın, Qubadlının, Laçının, Füzulinin, bir sözlə bütün ərazilərimizdəki erməni barbarlığının 30 il sonra övladları tərəfindən təkrar olunur. Dünya bir millətin şəhərlərə və kəndlərə, maddi və mənəvi sərvətlərə necə divan tutduğunu görür, yanaraq külə çevrilən Azərbaycan tarixini soyuq nəzərlərlə seyr edir.
Ermənilər Roma İmperiyasının titullu hərbi-siyasi rəhbərləri olan əcdadlarından bəhs etməyi sevirlər. Bəli, qədim bir sivilaziyasını o vaxt 6 gün ərzində yandırıb məhv edənlərin qəddar genetikası yenidən 21-ci əsrdə genetik oyanışa məruz qalıb.
Müzəffər Ordumuzun şanlı qələbəsi erməniləri Kəlbəcərdən çıxmağa məhkum edir. Axı özgəsinin evində yaşayanlar bir gün oranı tərk etməli olurlar. Arxada qoyub getdikləri mənzərə onların gerçək milli kimliyinin qara izləridir. Lakin o kül altındakı torpaqlarda Azərbaycanın mərd oğul və qızlarının qurucu əlləri ilə yüz minlərlə yeni evlər tikiləcək, kəndlər və şəhərlər salınacaq, hamının isindiyi Vətən inşa olunacaqdır!
Min illər tarixi olan, odu müqəddəs sayan millətimin ev yandırmaq ənənəsi yoxdur! Çünki ocaq müqəddəsdir! Sözün hər iki mənasında...
Zahid Oruc - Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ


















.jpg)













.jpg)

