Kreml Ermənistandakı vətəndaş qarşıdurmasını niyə ertələdi: siyasi qumbaralar kimlərdir?
Bizi izləyin

Nida Təhlil

Kreml Ermənistandakı vətəndaş qarşıdurmasını niyə ertələdi: siyasi qumbaralar kimlərdir?

Tural Turan

Ermənistandakı seçkilər başa çatdı. Rəsmi nəticələr də açıqlandı. Nikol Paşinyan qalib gəldi və növbəti prosesdə də rəsmi Bakının işləyəcəyi adam məhz Nikol Vovayeviç olacaq. Bu, öz yerində...

Hər kəs gözləyirdi ki, seçkilərdən sonra ara qarışacaq. 319 qayda pozuntusu qeydə alınan, 26 cinayət işi açılan, hətta odlu silahdan atılan güllə ilə müşaiyət edilən seçki qanunsuzluqlarının vətəndaş qarşıdurması və ya vətəndaş müharibəsi ilə əvəz olunacağını düşünənlər var idi. Yəni, Moskvanın layihələri olan Koçaryan-Sarkisyan-Sarukyan üçlüyü hökumət və ali baş komandan postunu hazır loxma kimi Paşinyana yedirtməyəcəklər. Amma bu baş vermədi. Görünən odur ki, Kreml son anda planı dəyişdi.

Ermənistanda seçkilərdən dərhal sonra vətəndaş qarşıdurması və müharibəsi baş verməyəcək. Əslində Kremlin “qarşıdurma planı”nı son anda dəyişməsi elə seçki günü bəlli olmuşdu. Paşinyanın rəqibləri – nə Koçaryan, nə Sarkisyan, nə də Sarukyan seçkilər və ondan sonrakı proseslə bağlı nəsə danışmadılar. Sadəcə olaraq susdular. Bu o demək idi ki, Rusiya 10 noyabr 2020-ci ildə imza atdığı üçtərəfli sazişin bəndlərini elə Nikol Paşinyan vasitəsi ilə həyata keçirəcək. Buraya erməni qoşunlarının Qarabağdan çıxarılması, sərhədlərin demarkasiyasının başa çatması, eləcə də Zəngəzur dəhlizinin açılması məsələləridir.

Nikol Paşinyanın missiyası başa çatdıqdan sonra isə Ermənistanın faktiki hakimi-mütləqi olan Rusiya onunla güc yolu ilə sağollaşacaq. Yəni hazırda Ermənistan parlamentinə yerləşdirdiyi Koçaryan-Sarkisyan-Sarukyan cütlüyündən birini silahlı inqilab yolu ilə hakimiyyətə gətirəcək. Beləliklə, təxminən 1-2 illik “taym-aut”dan sonra Moksvanın İrəvandakı “toxumları” yenidən cücərməyə başlayacaq. Heç şübhəsiz ki, Paşinyanın siyasi səhnədən birdəfəlik getməsini təşkil etmək üçün gücdən istifadə olunacaq. Bu da vətəndaş qarşıdurması və ya müharibəsi deməkdir.

Hələlik gəlinən nəticə odur ki, erməni xalqı 20 iyunda Nikol Paşinyanı seçməklə Qarabağ məğlubiyyətini və kapitulyasiyanı xalq olaraq qəbul etdiyini göstərdi.

Robert Koçaryanın seçilməsini təmin etmənəklə Kreml İrəvandakı “barıtlı toxumlarını” qorumuş oldu və Azərbaycanla mövcud problemlərin həllinə qarışdırıb onları erməni xalqının gözündə “ləkələtmək” istəmədi. Çünki Koçaryan “Qarabağ klanı”nın qalib dəstəsinin təmsilçisidirr. Hələlik onu deyə bilərik ki, Koçaryan-Sarkisyan- Sarukyan cütlüyü dünənki seçkilərlə parlamentdə oturmaq şansı qazanmış hər an partalamağa hazır siyasi qumbaralardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm