Köşə
Vətənin altını, üstünü, səmasını bəzəyən kişilər
Leyla Sarabi
Mənə görə kişilik cinsiyyət göstərisici deyil. Heysiyyətin, cəsarətin, sözübütövlüyün rəmzidir. Bəli, mən feminist deyiləm, sağlam kişi-qadın münasibətlərində, gündəlik ünsiyyətdə qadın tərəfi olmağı seçirəm. Məsələn mən 5 kişinin içində tək qadın olduğum üçün növbənin avtomatik mənə dövr edilməyindən məmnun oluram. Bunun gəzib gördüyüm ölkələrin mədəniyyətinə aidiyyatı yoxdur. Yəgin genetik yaddaşımızdır.
Ta qədimdən at çapan, ov ovlayan hələ bununla qalmayıb ovunu bişiribən hücrəsini bərəkətə boğan qadına kişilərimizin fövqəladə münasibətindən, ali münasibətindən danışıram. Yox biz ərəb istilasından sonra atasının, qardaşının, ərinin, döyüb söydüyü qadınlar deyilik. Heç vaxt da olmamışıq. Biz əri ilə birgə ocağının istisini, sərhədinin bütövlüyünü qoruyan qadınlarıq.
Son illər bu qənaətə gəlmişdim ki, Azərbaycan qadını öz obrazını yalnız milli rəqslərimizdə tam yaşaya bilir. Hətta obraz da deyil, yalnız rəqslərimizin ifası zaman məninə qayıda bilir. Gücünə, zərifliyinə əmin, ərinin qorumağına ehtiyac duymasa da bu jestindən məmnun günəş qadını. Və məni yenə Azərbaycan kişisi yanıltdı. 44 gün ərzində qanını, canını torpağına, qadınına, anasına, qızına fəda edən ərlərimiz... Bir dayanan ürəyi yüzünün əvəzlədiyi torpaq kimi bərəkətli kişilər...
Şükür biz yenə özümüzük, türk damarımızdan dupduru axan da elə öz qanımızdır. Kişimiz kişi, qadınımız kişidir. Vətənin parçalarını toplayıb, taleyi torpaq uğrunda parçalanan ailələr, ərinin ölümdən sonra doğulan körpəsinə ata olan qadınlar, ürəyi sərçə kimi döyünüb, yumruğu şir kimi vuran analar. Şikayətini, yanğısını, ağrısını içində gizlədib, üzü qələbəyə sevinən kişi kimi mərd xalq. Bəli, o xalq bizik. Cinsiyyətindən asılı olmayan kişi millət.
Bu gün ən çox da şəhid ərinin yerinə də uşaqlarının əlindən möhkəm yapışan kişi qadınların, "Vətən uğrunda mənim oğlum ölməli idi" deyən anaların, general atasını itirib, özü həkim olan Aybənizin günüdür. Bu gün lap uzaqdan görsən də tanıdığın, saçları ağ, özləri qapqara matəm qadınların günüdür. İçində qurğuşun qaynasa da "Vətən sağ olsun" deyən şəhid atalarının bayramıdır. Ölkənin sərhədlərinə sahib çıxan rəhbərindən tutmuş, ağzı süd qoxan körpələrin bayramıdır. Bütov Ordu xalqın günüdür. Bayramınız mübarək, Vətənin altını, üstünü, səmasını bəzəyən kişilər!
-
Nida Xəbər 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin122:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI
-
ABŞ18:36ABŞ-ın keçmiş vitse-prezidentinin ölüm səbəbi AÇIQLANDI
-
İdman18:24Qarabağ”ın “Çelsi” ilə oyunundan öncəki son məşqindən FOTOLAR































