Köşə
Şübhə…
Bəşəriyyətdə elə bir canlı varlıq tapıla bilməz ki, insan qədər mükəmməl yaradılışa malik olsun. Hüceyrələri, milyardlarla atomları, neyronları özündə birləşdirən, inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə, danışma qabiliyyətinə malik ən ali varlıqdır insan… Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyətin psixologiyadakı adı isə hissdir.
İnsanı mükəmməlləşdirən digər amil məhz budur. Onlar saysız-hesabsızdır, bəzilərinin adı var, bəzilərininsə varlığından belə xəbərsizik. Amma nədənsə neqativ olaraq adlandırılanlar pozitivlərə nisbətdə daha dominantdır, daha güclüdür. Ömrümüz boyu bir neçə yüz dəfə qapımızı döyən, ürəyimizi çürüdən, fikirlərimizi zəhərləyən, ruhumuza düşmən kəsilən, istənməyən qonağın adıdır Şübhə…
Bu hissin varlığı bəşəriyyətin yaşı qədərdir. O qədər qocalıb, o qədər yaşlanıb ki, qırışlarında göbələklər bitib. Arsızlığı o dərəcəyə çatıb ki, Əzrayıl qapısından yan ötür. Ölüm belə onunla mübarizəni dayandırıb, məğlubiyyətini elan edib. Görünür o, insanoğlunun kökü quruduqdan, ən sonuncusu gözünü yumub tərki-dünya olandan 1 saniyə sonra öləcək, 1 saniyə öncə yox…
Bəzi hisslər şeytanla müttəfiqdir, heç şübhəsiz. İdarəolunması mümkün görünməyən sükansız emosiyalardır bəlkə də bizi qocaldan, belimizi bükən, ürəyimizə qubar salan. Hər çarəsizliyimizə bir ad qoyub özümüzdən qoca ürəyimizin yükünü bir az da ağırlaşdırmışıq. İdarəsi həqiqətən mümkün deyil, yoxsa bu, sadəcə təsəlli sözü idi?! Yəni, insan o qədər aliləşə bilibmi görəsən, indiyədək onu bu qədər incidib məhv edən hisslərinin yüyənini əlinə alıb, onu ən uzaq bilinməzliyə sürsün?!
Hər kəs həyatı fərqli rəngdə yaşayır və həmin rəngi yayır bütün ətrafına. Ruhumuzun və bədənizimin tək sahibi olduğumuzu iddia ediriksə, onun idarəsini görünməyən mücərrəd varlığa vermək ağılsızlıqdır. İnsan həqiqətən o zaman ən ali varlıq olacaq ki, öz varlığı üzərində hakim sadəcə özü olsun.
Aysel Məmmədova
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm













.jpg)














.jpg)
