Köşə
İstəklərimi tək arzumun tozuna çevirdim - Köşə
Biz ən çox arzularımızın əsiriyik. Biz ən çox da aktual arzularımız uğrunda mübarizədə qurban gedirik.
Bu gün cəmiyyəti sabahına, sözünün, düşüncəsinin gücünə ruhlandıran qalaq-qalaq fəlsəfə kitabı yazılır. Enerji selinin arzuları sahilə çırpdığına inandırırlar. Bir növ zəncirvari şəkildə onlar səni, sən də gələcəyini hipnoz edirsiniz. Bəli, bu gün kitab mağazalarında ən çox oxunan kitablar alışdığımız klassiklərin şedevrləri deyil. Məhz arzulara fokuslanmaq bacarığını aşılayan sehirli qutulardır.
Yox, mən istənilən halda mütaliəni təbliğ edən vasitələrin qənimi deyiləm. Yaxud insanları arzularından döndərmək kimi niyyətim də yoxdur.
Bəli, arzular gec-tez gerçək olur. Şübhəsiz ki, eqoist şəkildə ardınca qaçmağımızdan da həzz alır. Amma heç bir arzu dalınca ömür boyu qaçacaq qədər dəyərli deyil.
Bəlkə də istəklərim qədər qəlizəm, amma arzularım enerjim fəzada yayılan kimi gerçəkləşməyib. Əksinə hər şeydən çox can atdığım istəklərim bədənimdən, ruhumdan sovrulub fəzada itməyənədək yerinə yetməyib.
Bəlkə də mənim inanc çatışmazlığımdır, bəlkə də yarıminsanlığımın nəticəsidir. Amma bir nəsnənin arzusunu qurarkən heç vaxt sonadək özümü fəda etməmişəm. Yox, mübarizə aparmışam, gecəmi-gündüzümə qatıb ürəyimi də yormuşam. Başqa istəklərimi də bir arzunun ayağının altında əzmişəm. Yeri gəlib, özüm də onun ayağının tozu olmuşam.
Bir səhər oyanıb, ona doğru bir addım atdığımın şahidi olmuşammı? Əsla!
Ona görə kütləyə qoşulub yalan-palan fokuslara inanmamağa qərar vermişəm. Bəlkə də belə bir formul var. Amma mənim bədənimin su və quru hissəsi, düşüncəmin strukturu, bilmirəm, irqim, şəklim, formam sizin inandığınız möcüzənin dalınca getməyə mane olur.
Mənim ruhum da, şüuraltım da zəhmətin lap dərininə düşüb batmağı sevir. Mən dünyanın bütün zərrələrini istəyimi yerinə yetirmək üçün səfərbər edirəm. Amma dovşan ovçudan qaçan kimi elə həmin dünyanı hər gün 5 dəfə dövrə vururam. Yorulub əldən düşəndə, planetin bir qaranlıq küncündə mürgüləyib qalanda, gəlib gucağımda yatır.
Yəni, qısası, mənim fəlsəfəm budur. Arzuna çatmaq istəyirsənsə, o səndən qaçmadan, sən onu gözündən salmalısan. Salmalısan ki, boynunu büküb qapında dayansın.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)


























