Köşə
Şuşaya kimlər gedir, Çalpapaq Kərəm?
Tural Turan
Şuşada ikinci Vaqif Poeziya Günləri keçirilir. Yazıçılar Birliyinin sədri Anarın sarvanlığında növbəti şairlər karvanı Azərbaycan Mədəniyyətinin Paytaxtına üz tutub. Bir neçə gün Şuşada qalacaqlar. Cıdır düzündə, Vaqifin məqbərəsi önündə şeirləşəcəklər.
Çox gözəl!
Amma, və lakin… Sosial şəbəkələrdə şairlərin Şuşaya səyahəti tənqid atəşinə tutulub.
Deyirlər ki, keçənilki adamlar yenə də Şuşaya mürəxxəs olublar. Məgər ölkədə başqa istedadlı gənc şair və yazıçı yoxdur?
Əlbəttə ki, var!
Bəs Şuşaya kimləri aparırlar?
Cəmi iki-üç həftə əvvəl Yazıçılar Birliyinə üzv olanları, AYB sədrinə və İdarə Heyəti üzvlərinə mədhiyyə qoşanları, məddahları, bir də onların bu karvanına ağırlıq gətirəcək üç-beş ağır sanballı imzaları və sairə…
Bəs kimlər Şuşaya getməlidir?
İlk növbədə, birinci və ikinci Qarabağ savaşında can qoyan, qanı tökülən qazi şair və yazıçılarımız. Məsələn, Oğuz Alparslan, Elvin İntiqamoğlu, Emin Piri və başqaları…
30 illik işğal dövründə hər il Şuşadan, onun tarixindən, keçmişindən və sabahından kitablar yazan, bu qala şəhərin canlı ensiklopediyası hesab olunan Kərim Kərimli… Amma Kərim Kərimli Şuşadan ola-ola ikinci Vaqif Poeziya Günlərinə dəvət ala bilməyib.
Şuşaya ölkəni xaricdə də uğurla təmsil edən şairlər – Aqşin Evrən, Fuad Cəfərli, Ümid Nəccari, Emil Rasimoğlu kimi şairlər getməlidirlər. Bu şairlərin Şuşanın havasını udmağa daha çox haqqları çatır.
Bir cümlə ilə özümdən də deyim; Şuşa alınan gün başladığım və böyük qələbədən iki gün sonra tamamladığım “Zəfər notları” poemamdan bir hissə “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdu. Daha sonra həmin poema Özbəkistanda keçirilən “Hər anımız Vətən desin” poeziya yarışmasında ikinciliyə layiq görülmüşdü. Yenə deyirəm, Anarın arxasınca düşüb Şuşaya getmək kimi bir niyyətim yoxdur. Getmək istəsəm, 20 manatımı verib tur avtobusları ilə gedə bilərəm.
Bəs AYB nə deyir?
“Şuşa karvanı”na qoşulan şairləri hansı kriteriyaları əsas götürərək aparıb?
AYB funksioneri Rəşad müəllim Məcid deyir ki, Şərqi Zəngəzur və Qarabağ regionundan olan şairlər əsas götürülüb.
Amma Şuşaya gedən şairlərin əksəriyyəti Bakı kəndlərini, cənub və şimal bölgəmizi təmsil edirlər axı...
Yenə də istedadlar, haqqı çatanlar unuduldu, Çalpapaq Kərəm…
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO






.jpg)





.jpg)
















.jpg)


