Köşə
Dünyanı gözəlləşdirdinmi, Xalid Hüseyni?
Məni həmişə maraqlandıran məqam vardı. Niyə əfqan həkimin yazdığı reseptlər yox romanlar daha çox oxunur?
Əslində mənim üçün Əfqanıstan uşaqlığımdan bəri tozlu, düyünlü saçlarını qulağının arxasına keçirdib, gözündən palçıq qarışıq tökülən damcıları sökük jaketinin qolu ilə silən yetim qız obrazıdır. Yeri-yurdu bilinməyən, gözü önündə anası alçalan, atası səfil, hara, niyə getdiyini bilmədən, yolun başına qayıdan həmin o bəxtsiz körpə.
Bu obrazı yeniyetmə yaddaşıma bir az da həmin o həkim təsvir etdiyi ilan-qurbağa talelərdən ürpərdərək yazdı.
Mən onun obrazlarının bizim bu gün yaşadığımız stabil həyat uğrunda verdikləri savaşını oxuduqca təsəvvürümdə böyüməyən həmin o didərgin qızın nəfəsi daha da ağırlaşırdı.
Mən də qərbin birinci dərəcəli ölkəsindən deyiləm. Amma taa ulu nənəmin də əlində təhsil haqda ovuc boyda şəhadətnaməsi olub. Bizim ailəmizdə atam kimi anam da səhər oyanıb işə hazırlaşıb. Mən də, bacım da dünyaya gələndə “kaş ki, oğlumuz olardı” adlı tragikomik durum yaşanmayıb. Hətta ulu babam oğullarını inandırıbmış ki, bizim nəsildə qız doğulanda, özü ilə xeyir xəbər, bərəkət gətirir.
Doğrudur, mən özümü maksimal sərbəstliyimə təslim etməmişəm. Buna biraz da yaşadığım cəmiyyətin şəkil və forması mane olub. Amma sevginin içində üzdüyüm üçün kənar təsirlər altında əzilməməyi öyrənmişəm.
Çox qəribədir, bu günlərdə türk transgenderin müsahibəsini oxudum. Bir neçə ağır əməliyyatlardan sonra cinsini tam dəyişərək kişiyə çevrilən qadın danışır. Deyir ki, mən özümü heç kimin önündə günahkar saymıram. Çünki kişi olub, qadınlara davranmağın əlifbasını vəhşilərə öyrədəcəyimə əminəm. Çünki mən qadın ikən məruz qaldığım zorakılığı, haqsız istismarı başqa qadınların yaşamağını istəmirəm.
O, həkimi xatırlayıram. Xüsusən də “baça bazı”lıq haqda yazdıqlarını oxuduqca, ciyərinə çökən qurğuşunun göynətisini yanağımda hiss edirdim.
Biçarə, kimsəsiz oğlanların harınlamış kişilərə yem edilməsi, cinsi istismarın travması ömür boyu çiyinlərini bükən kişilərin tozlu gələcəyi barmaqlarımın ucundakı səhifələrdə düyünlənirdi.
Homofob olmasam da, Amerikaya sığınmış həmin o əfqan həkimin oğlunu oğul, qızını qız kimi böyüdəcəyinə hamıdan çox əmin idim.
Amma yenə təəccübləndirdi. Elə dünən oğlunun qadın kimi davam edəcəyi həyatından məmnunluğunu bildirirdi. Demək ki, azadlıq da, məhkumluq da nəticə etibarilə eyni məqsədə qulluq edir.
Demək, bəzən övladlarımızın seçiminə sadəcə sayğı duyub, kənardan müşahidə etməyə məcburuq.
Demək, istəyirsən, dünyanı gözəlləşdirənədək yazmağa söz verən bestsellerlər müəllifi Xalid Hüseyni ol, istərsə də Amerikaya sığınmış sıravi əfqan həkim, taleyinin ipi səni tənqid etdiyin problemlərin lap kökünə itələyəcək.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)


























