Vətən torpaqlarına başlanan BÖYÜK QAYIDIŞ
Bizi izləyin

Köşə

Vətən torpaqlarına başlanan BÖYÜK QAYIDIŞ

Böyük Qayıdışa - Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb.

Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək.

Bu ay ərzində 41 ailənin Ağalı kəndinə köçürülməsi planlaşdırılır və proses növbəti aylarda da davam etdiriləcək.

Ağalı kəndinin 1 457 sakinindən 1 357 nəfəri bu kəndə yaşamaq niyyətini bildiriblər.

Kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastuktur qurulub:

- Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək və kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin ediləcək.

- İstismar xərclərinin azalması, yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə “Ağıllı kənd” üçün “ağıllı həllər” nəzərdə tutulub və kənd sürətli internetlə təmin olunub.

- Ağalı kənd meydanında bank filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri inşa olunub.

- Kənddə tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi və digər müəssisələr salınıb.

Beləliklə, Qarabağda ən müasir tələblərə uyğun yurd yeri salınıb və proses davam etməkdədir. 30 ildir düşmən tapdağında qalan, viran qoyulan kəndlərimizdə qısa dövr ərzində belə infrastrukturun yaranması hər bir vətəndaşımızda sonsuz sevinc və qürur hissləri doğurur.

Hazırda 44 günlük Vətən müharibəsindən sonra erməni faşistlərinin viran qoyduğu Qarabağın bütün ərazində böyük quruculuq işləri həyata keçirilir. Nəzərə almaq lazımdır ki, qısa müddətdə həm minatəmizləmə, həm də quruculuq işləri gerçəkləşdirilib. Postmüharibə dövründə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, həmçinin Zəngilan və Laçın beynəlxalq hava limanları inşa olunur. Artıq Zəngilandakı hava limanında son tamamlama işləri aparılır. Bundan başqa, Şuşaya tarixi Zəfər yolu da daxil olmaqla, bugünədək inşa edilmiş minlərlə kilometrədək avtomobil yollarının, mürəkkəb relyefli ərazilərdə yüksək sürət və texnologiyalarla inşa edilən tunellərin, yol ötürücülərinin, elektrik stansiyalarının inşasının və sitifadəyə verilməsinin şahidləriyik. Qarabağda müasir tələblərə uyğun hərbi, siyasi və strateji əhəmiyyətli yol-nəqliyyat infrastrukturun yaradılması müharibədəın ötən təqribən 1 il 8 ay ərzində baş tutub.

Bütün bunları Azərbaycan dövləti heç bir yerdən yardım, kredit almadan öz iqtisadi gücü hesabına edir. Azad edilmiş ərazilərin miqyasının Livanın ərazisinə bərabər olduğunu nəzərə alsaq, görülən işlərin miqyasının hansı həcmdə olduğunu daha aydın təsəvvür edə bilərik. Və bu müddətdə işğaldan azad olunmuş ərazilərdəki quruculuq işlərinə görə Azərbaycan dövləti əhalinin sosial rifahında hansısa geriləməyə imkan verməyib, icra olunan digər layihələr təxirə salınmayıb.

Budur gənc müstəqil dövlətimizin real mənzərəsi; güclü iqtisadiyyata malik, iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, ölkədən asılı olmayan, bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayan, dünyaya öz inkişaf modellərini təqdim edən, sayı o qədər də çox olmayan kosmik ailənin üzvünə çevrilən, 44 günə öz torpaqlarını işğaldan azad edərək dünyanın hərb tarixində yeni nümunələr yaradan, ardınca qısa müddətdə doğma Qarabağımızda sürətli və ən müasir quruculuq işlərinə imza atan Azərbaycan!

Elman Babayev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm