Köşə
Hanı Vətənimin eyibini örtən Şərq adamları?!
Hərdən düşünürəm ki, internetin yox vaxtı neyləmişik? Kitabxana, qəzet, radio lap elə televiziyanın özü millətin informasiya aclığını doyurubmu? Məsələn mənim quqlda gündəlik axtarış rutinim var. Hətta bəzən tənbəllik etməyib ən geniş yayılmış axtarış mövzuları ilə maraqlanıram. Dünya insanı fərqli mövzuların ucundan yapışıb ucuzluğa gedir. Kimi trenddə olan serialların, kimi futbol matçlarının, sizə deyim, səyahət biletlərinin, internetdə göbələk kimi yayılan oyunların axtarışını verir.
Əlqərəz, yayın bu əti sümükdən ayıran istisində bəlkə də çoxunuza gərəksiz olan faktlarla gözünüzü yormayım. Amma bugün bizim xalqın böyük hissəsinin internetdə axtarışa verdiyi mövzularla mənim acizanə maraqlarımı müqaisə etsək, ətdən ayrılan həmin sümük mənəm. İnsanların fikir, zövq, ağız dadı, həvəs ayrılıqları bu dünyanın ən təbii gedişatıdır. Amma ilin günün azadlıq, qacetdə istədiyini rahat tapıb baxmaq, öz intimin hürr yaşamaq vaxtı başqasının qeyri-estetik görüntülərini niyə önümüzdə pop korn, ovcumuzda tum izləyək ki? Sirkulu qoyub maraq dairəmizi çəkəndə karandaşımızın kömürünə kim simiclik edib axı? Od, alov, atəş ölkəsi, mədəniyyətin nənnisi məmləkətimdə insanımı maraqlandıran kimlərinsə ifşasıdır?! Bəs hanı məni gül qoynunda doğurub, xəmirimi sevgi, hörmətlə yoğuran vətənimin eyib örtən, mənəviyyatını bulaq kimi saxlayan Şərq adamları?!
Yəqin güzgüyə baxanda Coker kimi xəstə ruhumuz danışır yerimizə. Bilmirəm niyə, amma bu 37+ repressiya prapaqandası başlayan gündən ölkəni Cokerin simasında təhlil etməyə başlayıram. O filmdə necə deyir qəhrəman: "Əlimdə olan nəyim varsa, o da neqativ fikirlərimdir. Əvvəl elə bilirdim, həyatım faciədir. İndi anlayıram ki, ən vəhşi komediyanın içində yaşayıram".
Çıx bu tragikomediyanın ssenarisindən, əziz həmvətən. Beyni, ruhu, bədəni təzəcə qəlibə düşən uşağının boğazından kəsdiyin zamanını kiminsə intim görüntülərinə limitsiz axıtmağın, faydalı iş əmsalının mənfiyə endirməyin, içindəki mənliyini zərrə-zərrə cüzam edir. Biz Şərqi Qərbə düyünləyən ən hamar yol ölkəsiyik. Biz dünyanın əlini-qolunu bağlayan bədheybəti ədalətə təslim edən cəngavərlər ölkəsiyik.
Sənin sosial şəbəkələrdə reklamına evinin içini, çölünü şərik etdiyin oyunbazlıq, dövlət təbliğatını yanlış anladığın PR konsepsiyası ən az beyninin içindəki sağlam hüceyrələri öldürən xərçəng qədər təhlükəlidir.
Leyla Sarabi
Oxumağa davam et
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp

























.jpg)



.jpg)

