Köşə
İnsan xarakterinin ən sərt halı nədən xəbər verir
Leyla Sarabi
İnsan xarakterinin ən sərt, rəndələnmiş halına lakonik xarakteristika versəm, dirijor deyərdim.
Ümumiyyətlə təsəvvürümdə dirijor peşə yox termin kimi canlanır. Düşün ki, pandemiyanın xəfifləyib, yerə göyə sığmayan azadlığından xəbər verən o qaynar günlərinin birində səyahət çemodanını yığırsan. Doldurduqca bitməyən əşyaların, hər günə, hər hadisəyə uyğun libaslarını üst-üstə sıxışdıra, sığışdıra bilmirsən. Bağlayıb bir yerə toplamağa gücün yetməyən çemodanın hər ucundan rəngli bayraq kimi azadlığa can atan həmin paltarlara bənzəyir duyğularımızın ifratı...
Amma onsuz da olmaz, yox bu da mənimlə olsun dediyin vaciblərin... Məncə həyatın özüdür bu hazırlıq ayini. İl ərzində beynimizi yoran əhatəmiz, qaçıb qovduğumuz məqsədlərimiz, tənzimləyə bilmədiyimizi hərarətimiz, problemlərimizi çözməkdə aciz qalan körpə zavallı bədənimiz...
"Beynimizlə düşünüb, qəlbimizlə duyuruq" adlı ümumdünya həqiqətinə inanmıram. Əslində bütün bədənimizlə nəfəs alırıq. Dərimiz bizim bu dünya ilə sərhədimizdir. Bizi dünyanın, dünyanı da bizim vəhşətimizdən qoruyur. Bəs biz onu qoruyuruqmu? Çox yaxın keçmişə baxanda dərimin içini zibil qabına döndərdiyimin fərqinə varıram. Limitsiz fikir qırıntıları ilə bəslədiyim bədənim, həzm edə bilmədiyim hadisələr məsamələrimi kir-pasla doldurub. Mən mədəmə ağır gələn problemləri uda bilməyib özümü nəzarətsiz qoymuşam. Ona görə düşünürəm ki, bütün orqanizmi əlinə yığıb sahmana sala biləcək dirijor obrazına möhtacıq. Elə özümüzdən yaratdığımız, elə özümüzə qənim diktator...
Zərəri bizdən zorla uzaq tutan, kökdən düşən orqanımızı ən doğru musiqi ladına kökləyən, yeri gəlsə, içimizdəki orkestri xaric küylərimizə görə saatlarla danlayan öz xəmirimizdən yapdığımız dipdiri çubuqlu sehrbaz.
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
































