Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
Bizi izləyin

Köşə

Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?

Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?

AFFA-nın baş katibi Cahangir Fərəcullayev xalqı qorxudub. Deyib ki, əgər dövlət futbola ayırdığı maliyyəni kəssə, Azərbaycanda klub futbolu Gürcüstandakı səviyyəyə düşəcək.

Fərəcullayev belə hədə ilə azarkeşlərdə xof yaratmaq istəyib. Amma bilmir ki, onun qorxutduğu azarkeşlər uzun illərdir ki, elə Gürcüstan futboluna həsəd aparırlar.

Və onu da bilmir ki, xalq yaxşı bilir ki, dövlət futbola pul ayrımasa, Azərbaycanda futbol daha sürətlə inkişaf edəcək.

Səbəbi çox sadədir və uzun illərdir ki, bu haqda yazırıq.

Azərbaycan futbolu “istedadlı dələduzlar”ın inhisarındadır. Hara baxırsan, onları görürsən - səriştəsiz, futboldan anlayışı olmayanları.

Amma onların futboldan anlayışları olmasa da, “pul yumağı” yaxşı bilirlər. Dövlət futbola pul ayırır, amma o vəsait futbolun inkişafına sərf olunmur axı. O vəsaiti “istedadlı dələduzlar” tərtəmiz “yuyurlar”.

İndi təsəvvür edək ki, Cahangir Fərəcullayevin dediyi kimi olacaq, dövlət futbola pul ayırmayacaq. Onda nə baş verəcək? Heç nə, sadəcə Azərbaycan futbolunda “istedadlı dələduzlar”ın kökü kəsiləcək. Əvəzində istedadlar olacaq futbolumuzda.

Azərbaycanda sonuncu dəfə heç olmasa Rusiya, Ukrayna, Türkiyə çempionatlarında oynamağa qadir oyunçular futbolumuzun pulsuz vaxtlarında yetişib.

Onda Azərbaycan futbolunda “istedadlı dələduzlar” yox idi. Onlar pul olan yerdə peyda olurlar, mənimsəmək üçün.

Ona görə də, Cahangir Fərəcullayevin hədəsindən qorxmağa dəyməz. Dövlət, Azərbaycan futboluna pul ayırmağı dayandır. Qoy futbolumuz “istedadlı dələduzlar”dan təmizlənsin, əvəzində istedadlar əldə edəcəyik.

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm