Samira: “Mən onun quluyam” - FOTOLAR
Bizi izləyin

Magazin1

Samira: “Mən onun quluyam” - FOTOLAR

İki övlad anası müğənni Samira Allahverdi Xəzər telekanalının qonağı olub. İfaçı verilişdə tərbiyə metodundan danışıb. O, 3 yaşlı qızının nazı ilə oynadığını da etiraf edib.

“Mən hazırda onun quluyam. Onun belə vaxtıdır. O nə istəyirsə, edirəm. Çalışıram ki, 3 yaşında hansısa qadağaları qoyum, amma alınmır. Çox şirindir. Öz şirinliyi və kaprizliyi ilə məni ovsunlayır. Heç nə edə bilmirəm. Çox da tərs xasiyyəti var. Çalışıram öz uşaqlarımla dost olum. Nadir hallarda tərsliyimi nümayiş etdirirəm. Düzdür, qızıma qarşı sərt olmasam da, oğluma qarşı artıq bunu nümayiş etdirirəm. Müəllimləri ondan şikayət edəndə, mənim sözümü yerə salanda ona sərtliyimi göstərə bilərəm. Amma yenə də dost olmağa çalışıram”.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm