Nazənin “onu ərimlə tutmuşam” dedi və bunu məhkəmədə sübut etdi
Bizi izləyin

Magazin1

Nazənin “onu ərimlə tutmuşam” dedi və bunu məhkəmədə sübut etdi

Müğənni Nazəninin Təranə Qumralla məhkəmə prosesi başa çatıb.

Məhkəmənin qərarına əsasən, qarşı tərəf Nazəninə 10 min manat təzminat ödəməli və üzr istəməlidir.

Bu barədə Publika.az-a Nazənin özü məlumat verib, qarşı tərəfə xəbərdarlıq da edib:

“Onu bir dəfə əri biabır etmişdi. İkinci dəfə özü özünü biabır etdi. Sadəcə, mən bunları efirə vermirəm, gərək onda Azərbaycanı tərk etsin. Bir də sən Təranə mənim ünvanıma artıq-əskik danışsan, efirə verəcəyəm. Əlimdə sübutlarım var”.

Qeyd edək ki, Nazənin Təranə Qumralı əri ilə tutduğunu demişdi və məhkəmədə onun intim mesajlarını üzə çıxaracağını bildirmişdi. Hətta bu məsələdə həyat yoldaşının da ona dəstək olacağını bəyan etmişdi. Bir müddət öncə, Nazəninin həyat yoldaşı özü Publika.az-a bu barədə açıqlama vermişdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm